Qalxanvari vəzinin hansı xəstəlikləri var? - Naidə Novruzova AÇIQLADI
18.06.2022 10:02

Mərkəzi Gömrük Hospitalının endokrinoloqu Naidə Novruzova “Həkim məsləhəti” rubrikasında “Qalxanvari vəzinin hansı xəstəlikləri var?" sualını cavablandırıb.

 

Həkim bildirib ki, qalxanvari vəzinin bir çox xəstəlikləri mövcuddur. Onların arasında ən çox yayılmışlar aşağıdakılardır:

 

Ur (Zob) - buna adətən yod çatışmayan bölgələrimizdə daha çox rast gəlinir, qalxanvari vəzinin ölçülərinin böyüməsi şəklində özünü göstərir. Bu, daha çox yayılmış xəstəlikdir.

Düyün – bu, qalxanvari vəzinin bir sahəsində hissəvi öz sərhədləri olan, digər vəzi toxumasından seçilən bir böyümənin olmasıdır.

 

Hipertireoz- vəzinin həddindən artıq hormon ifraz etməsi nəticəsində yaranan xəstəlikdir.

 

Hipotireoz- vəzinin işinin ləngiməsi və hormon ifrazının azalması nəticəsində yaranan xəstəlikdir.

 

Tireoidit – qalxanvari vəzinin iltihab halına verilən addır. Bunun da müxtəlif növləri mövcuddur.

 

Naidə Novruzova qeyd edib ki, Hospitalın Tibbi laboratoriyasında “Qalxanvari vəzinin yoxlanışı” profilindən istifadə etmək olar. Profilə Anti TG, T4 sərbəst, Anti TPO, T3 sərbəst, TSH, Tireoqlobulin müayinəsindən keçmək olar. “Qalxanvari vəzinin yoxlanışı” profilinin endirimli qiyməti 122 AZN təşkil edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib