“Görünməyən qəhrəmanlar: Ağxalatlılar” filmi ictimaiyyətə təqdim olunub
17.06.2022 20:14

TƏBİB-in dəstəyi, Mədəniyyət Nazirliyinin sifarişi, “Azərbaycanfilm” kinostudiyası və İctimai televiziyanın birgə təşkilatçılığı ilə ərsəyə gələn “Görünməyən qəhrəmanlar: Ağxalatlılar” filminin təqdimatı olub.

 

Təqdimatda TƏBİB-in İdarə Heyəti sədri vəzifəsini icra edən Vüqar Qurbanov, Səhiyyə nazirinin müavini Nadir Zeynalov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyev, TƏBİB-in, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin struktur bölmə rəhbərləri, Səhiyyə, Mədəniyyət, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin nümayəndələri, eləcə də tabeli tibb müəssisələrinin rəhbərləri, tibb işçiləri və kino xadimləri iştirak ediblər.

 

Açılış nitqi ilə çıxış edən TƏBİB-in İdarə Heyəti sədri vəzifəsini icra edən Vüqar Qurbanov ilk olaraq 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tibb işçilərini təbrik edib. O bildirib ki, dövlət başçısı cənab İlham Əliyevin, Birinci-vitse prezident Mehriban xanım Əliyevanın səhiyyəyə diqqət və qayğısı, Azərbaycan xalqının sağlamlığının qorunması yolunda atdıqları mühüm addımlar, ümumiyyətlə, ölkədə həyata keçirilən sosialyönümlü siyasət Ulu öndərin bu istiqamətdə müəyyən etdiyi strategiyanın uğurla davam etdirilməsinin parlaq təzahürüdür.

 

“Ümid yeri olmaq, insanlara şəfa vermək məsuliyyətli olduğu qədər də müqəddəs işdir. Elə bu nəcib fəaliyyətlərinə görə həkimlər hər cür hörmət və ehtirama layiqdirlər. Pandemiya dövründə, 44 günlük Vətən müharibəsində göstərdiyiniz əzmkarlığa görə sizə xüsusi təşəkkür edirəm!” – deyə V.Qurbanov vurğulayıb.

 

Səhiyyə nazirinin müavini Nadir Zeynalov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova da çıxışlarında ilk olaraq tibb işçilərini bayram münasibəti ilə təbrik edib. Onlar son illər ərzində Azərbaycan səhiyyəsinin inkişafından, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsindən, yeni tibbi texnologiyaların tətbiqindən və aparılan digər islahatlardan danışıblar.

 

Daha sonra Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində çalışan bir qrup tibb işçisi təltif edilib.


Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təltif edilən səhiyyə işçiləri adından ölkə başçısına minnətdarlıq ünvanlanıb.

 

Sonda “Görünməyən qəhrəmanlar: Ağxalatlılar” filmi nümayiş olunub.

 

Filmin ideya müəllifi Fariz Əhmədov, rejissoru Ayşad Səfərəliyev, ssenari müəllifi Seyran Mahmudoğlu, operatoru Zeynalabdin Həsənov, montajçısı Əsgər Rəhimov, səs rejissoru Hafiz İbrahimli, redaktoru Arif Məmmədov, prodüsserləri Fariz Əhmədov və Yalçın Verdiyevdir. Film 44 günlük Vətən müharibəsində ön və arxa cəbhədə əzmlə mübarizə aparan tibb işçilərinə ithaf olunub.

 

Ekran əsərinin qəhrəmanları real həyatda Vətən müharibəsində əsgər və hərbçilərə xidmət göstərmiş tibb personalıdır.

 

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib