Böyrək transplantasiyası olunan və talassemiyalı xəstələrə əlilliyin təyini
17.09.2020 12:12

Böyrək transplantasiyası olunan şəxslərə əksər hallarda 2-ci dərəcə əlillik verilir.

 

Aztibb.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova deyib.

 

Onun sözlərinə görə, transplantın vəziyyətindən asılı olaraq şəxsə 1 və 2-ci dərəcə əlillik verilir: “Vətəndaş transplantasiya, hazırkı vəziyyəti haqqında laborator müayinələrlə bağlı agentliyə və ya yerli TSEK-ə müraciət etməlidir. Əksər hallarda 10 iş günü ərzində bu məsələyə baxılır”.

 

M.Məmmədova qeyd edib ki, yüngül vəziyyəti olan autizmli xəstələrə əlillik təyin edilməsə də, xəstəliyin ağır hallarında şəxsə əlillik dərəcəsi təyin edilir.

 

Agentlik nümayəndəsi bildirib ki, talassemiyalı xəstələrə əlillik dərəcəsi təyin edilir: “Amma əlilliyin təyini üçün göndərişin yazılmasına görə TSEK məsuliyyət daşımır. Göndəriş səthi yazıldıqda ona imtina cavabı yazıla bilər”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib