Ürək cərrahiyyəsində "kiçik kəsik" metodunun 10 ÜSTÜNLÜYÜ
16.06.2022 09:58
Bu gün ürək əməliyyatları kiçik kəsik üsulu sayəsində rahat və daha az çapıqla həyata keçirilir. Bu əməliyyatla xəstənin işə və sosial həyatına qayıtması asanlaşır.
 
Aztibb.az xəbər verir ki, ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev bu barədə məlumat paylaşıb.
 
Həkimin sözlərinə görə, ürək cərrahiyyəsində kiçik kəsik metodunun 10 əsas üstünlüyü vardır:
 
- Qanama riski azdır, bəzən xəstə qan köçürülməsinə ehtiyac olmadan evə buraxıla bilir;
- İnfeksiya riski olduqca aşağıdır;
- Ağrı çox az olur;
- Bərpa prosesi sürətlidir;
- Reanimasiya qalma müddəti 1 gün, palatada qalma müddəti isə 3 və ya 4 gün davam edir;
- Çapıq izi qalmır. Xəstə özü belə zamanla əməliyyat yerini seçə bilmir;
- Sosial, psixoloji və cinsi problemlər yaratmır;
- Əməliyyat sonrası drenajlar çıxarıldığı andan etibarən xəstə istədiyi kimi yata bilər;
- Döş sümüyünün zədələnməsindən ehtiyat etməyə ehtiyac yoxdur;
- Qollarınızı heç əməliyyat keçirməmiş kimi hərəkət etdirə, həddi aşmadan ağırlıq qaldıra bilərsiniz.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev