ÜST: 1,6 mindən çox insan meymunçiçəyinə yoluxub, 72 nəfər ölüb
15.06.2022 08:08

"Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 39 ölkədə 1,6 mindən çox insanda meymunçiçəyinə yoluxma halı ilə bağlı məlumata malikdir. Üstəlik, ilin əvvəlindən, təxminən, 1,5 min insanın bu xəstəliyə yoluxmasına dair şübhələr var”.

 

Bunu ÜST-ün baş direktoru Tedros Adanom Qebreyesus bu gün Cenevrədə keçirilən brifinqdə bildirib.

 

Onun sözlərinə görə, ilin əvvəlindən indiyədək meymunçiçəyinə yoluxan 72 nəfər ölüb.

 

Qeyd edək ki, ÜST meymunçiçəyi xəstəliyinin yayılması ilə bağlı təhlükəni qiymətləndirmək üçün fövqəladə komitənin iclasını çağırıb. Komitənin iclası iyunun 23-də keçiriləcək.