Pandemiya Azərbaycana gələn turistlərin sayına necə təsir edib? - STATİSTİKA
17.09.2020 11:10

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməmiş, mart ayından başlayaraq bu sahədə ciddi azalmaya səbəb olmuşdur. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2020-ci ilin yanvar-avqust aylarında Azərbaycana dünyanın 155 ölkəsindən 649,7 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,3 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.

 

Statistika Komitəsindən verilən məlumatda bildirilir ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması cari ilin aprel-avqust aylarında ölkəmizə gələnlərin sayında kəskin azalmaya səbəb olmuş və baş tutmuş səfərlər əsasən qeyri-turizm məqsədilə ilə həyata keçirilmişdir.

 

Bu dövrdə ölkəmizə gələnlərin 28,6 faizi Rusiya Federasiyası, 25,6 faizi Gürcüstan, 17 faizi Türkiyə, 7,8 faizi İran, 2,1 faizi Ukrayna, 1,9 faizi Hindistan, 1,8 faizi Səudiyyə Ərəbistanı, hər birindən 1,2 faiz olmaqla Pakistan, Birləşmiş Ərəb Əmirlikləri və Qazaxıstan, hər birindən 1,1 faiz olmaqla Küveyt və Türkmənistan, 0,9 faizi Böyük Britaniya, 0,8 faizi İraq, hər birindən 0,7 faiz olmaqla Özbəkistan və Belarus, 0,6 faizi İsrail, 5,6 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 77,9 faizini kişilər, 22,1 faizini qadınlar təşkil etmişdir.

 

Cari ilin yanvar-avqust aylarında Çindən gələnlərin sayı 11,7 dəfə, Cənubi Koreyadan – 10,6 dəfə, İsraildən – 7,9 dəfə, Polşadan – 7,6 dəfə, Yaponiyadan – 7,5 dəfə, İraqdan – 7,4 dəfə, Səudiyyə Ərəbistanından – 7,2 dəfə, Macarıstandan – 6,4 dəfə, Omandan və  Birləşmiş Ərəb Əmirliklərindən – 6 dəfə, Kanadadan və ABŞ-dan – 5,7 dəfə, Fransadan – 5,5 dəfə, Qətərdən – 4,9 dəfə, Almaniyadan və Niderlanddan – 4,8 dəfə, Böyük Britaniyadan – 4,6 dəfə, Türkmənistandan – 4,5 dəfə, Qazaxıstandan – 4,2 dəfə, İtaliyadan – 4,1 dəfə azalmışdır.

 

Ümumilikdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 5,2 dəfə azalaraq 18,7 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 4,3 dəfə azalaraq 88,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,5 dəfə azalaraq 225,6 min nəfər olmuşdur.

 

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 68,8 faizi dəmir yolu və avtomobil, 29,1 faizi hava, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.    

                                                         

2019-cu ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 3,6 dəfə azalaraq 1034,3 min nəfər olmuşdur. Ölkə vətəndaşlarının 31,8 faizi İrana, 28,5 faizi Gürcüstana, 19,9 faizi Rusiya Federasiyasına, 11,7 faizi Türkiyəyə, 8,1 faizi digər ölkələrə səfər etmişdir. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 4,1 dəfə, Türkiyəyə  gedənlərin sayı 3,6 dəfə, Gürcüstana gedənlərin sayı 3,7 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 3,2 dəfə azalmışdır.

 

2020-ci ilin yanvar-avqust aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 78,6 faizi dəmir yolu və avtomobil, 19,1 faizi hava, 2,3 faizi  isə dəniz nəqliyyatından istifadə etmişdir.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Mərkəzi Klinika vakansiya elan edir
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
ADHTİ-nin Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasında ölkəmizdə ilk dəfə olaraq unikal əməliyyat icra olunub
 ATU-da Data-analitika və Süni İntellekt Laboratoriyasının açılışı olub   
Yardımlının Təşkən və Səpəradi kəndlərində tibbi AKSİYA
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə olunub