“İlan, əqrəb, hörümçək, həşərat və digər sancmaların diaqnostikası və müalicəsi” mövzusunda VEBİNAR keçiriləcək
14.06.2022 10:59
22 iyun 2022-ci il Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə “İlan, əqrəb, hörümçək, həşərat və digər sancmaların diaqnostikası və müalicəsi” mövzusunda vebinar keçiriləcək.
 
Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, həkim-toksikoloq, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev ilan, əqrəb, hörümçək, həşərat və digər sancmaların diaqnostikası və müalicəsi ilə bağlı ən son tibbi yeniliklərə dair məruzə ilə çıxış edəcək, eləcə də dinləyiciləri maraqlandıran sualları cavablandıracaq.
 
Vebinar saat 15:00-dan 17:00-dək "ZOOM" platforması ilə yanaşı, Mərkəzi Gömrük Hospitalının rəsmi Facebook səhifəsi üzərindən də canlı yayımlanacaq.
 
Tədbirin 80 faizində iştirak edənlərə sertifikat veriləcək.
 
Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək mütləqdir!
 
Vebinarda iştirak ödənişsizdir. 
 
ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
 Gəncə Şəhər Birləşmiş Xəstəxanasının bir qrup əməkdaşı “Gənc Tibb İşçilərinin Konfransı” layihəsində iştirak edib   
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub