60-a yaxın uşaq israilli mütəxəssislər tərəfindən müayinə olunacaq
14.06.2022 10:56

İyunun 19-a qədər İsrailin pediatriya sahəsində qabaqcıl mütəxəssisləri Bakıda Bono Dea Beynəlxalq Xəstəxanasında müxtəlif xəstəliklərindən əziyyət çəkən uşaqları müayinədən keçirəcək.

 

Aztibb.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə aparılacaq müayinələrdən sonra müalicəyə ehtiyacı olan uşaqlar müalicə kurslarına cəlb olunacaq.

 

İsrail səfiri Corc Dik qeyd edib ki, 6 israilli mütəxəssis tərəfindən 60-a yaxın uşaq müayinədən keçiriləcək: “Müayinə zamanı uşaqlarda onkoloji, genetik, nevroloji, pulmanoloji və neyrocərrahi müayinələr aparılacaq. Ciddi müalicəyə ehtiyacı olan uşaqlar sonradan müalicəyə cəlb ediləcəklər. Müalicələrin bir hissəsinin də İsraildə aparılacaq”.

 

İsrailin ÜST-dəki təmsilçisi İzabella Karakas isə müayinə ilə yanaşı, bir sıra tədqiqatların da aparılacağını deyib: “Biz Azərbaycanda uşaq xəstəliklərinin nə üçün genişləndiyini araşdıracağıq. Xüsusilə hamiləlik dövründən başlayaraq xəstəlik tarixçələrini araşdıracağıq”.

 

İsrailli mütəxəssislər Azərbaycan Tibb Universitetində mühazirə oxuyublar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib