Meymunçiçəyi virusu öz-özünə təmizlənə bilir?
14.06.2022 10:28

İlk dəfə mayın 7-də İngiltərədə ortaya çıxan meymunçiçəyi virusu qısa müddət ərzində ümumilikdə 13 ölkəyə yayılıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İngiltərədə müşahidə edilən və bir çox Avropa ölkələrinə yayılan meymunçiçəyi virusunun 80 nəfərdə görüldüyünü təsdiqləyib. Mövzu ilə bağlı verilən açıqlamada virusun təqibi genişləndikcə hadisələrin də artacağı vurğulanıb.

 

Meymunçiçəyi virusu əsasən Mərkəzi və Qərbi Afrikanın tropik meşələrində müşahidə olunan zoonoz növ xəstəlikdir.

 

Həmin virus ilk dəfə 1958-ci ildə meymun koloniyalarında yerləşən laboratoriyada çiçək xəstəliyinə bənzər bir xəstəlik baş verdikdə aşkar edilib, bu səbəbdən virusa “meymunçiçəyi” adı verilib. İnsanlarda isə meymunçiçəyi virusuna yoluxma halı ilk dəfə 1970-ci ildə Konqo Demokratik Respublikasında qeydə alınıb. Həmin tarixdən etibarən digər Mərkəzi və Qərbi Afrika ölkələrində yaşayan insanlarda həmin virusa yoluxma halları müşahidə edilib.

 

Meymunçiçəyi virusunun iki fərqli genetik növü var - Mərkəzi Afrika və Qərbi Afrika. Mərkəzi Afrika meymunçiçəyi virusu Qərbi Afrika virusuna nisbətən daha ağırdır və ölüm nisbəti daha yüksəkdir.

 

Qızdırma, intensiv başağrısı, limfadenopatiya-limfa düyünlərinin şişməsi, bel ağrıları və şiddətli əzələ ağrıları ilə xarakterizə olunan invazyon dövrü 5 gün müddətində davam edir. Lenfadenopatiya meymunçiçəyi virusunun ilkin olaraq oxşar görünə bilən digər xəstəliklərdən - suçiçəyi, qızılca, çiçək xəstəliyindən fərqləndirici xüsusiyyətidir.

 

Dəri səpkiləri adətən qızdırma müşahidə edildikdən bir və ya üç gün sonra başlayır. Səpkilər adətən 95 faiz hallarda üzdə başlayır, sonra isə ovuclarda və ayaqlarda əmələ gəlir. Həmin virus insanlara əsasən gəmiricilər və primatlar kimi vəhşi heyvanlardan keçir, lakin insandan insana da yoluxa bilər.

 

Meymunçiçəyi virusu adətən 2-4 həftə ərzində öz-özünə təmizlənir. İmmuniteti zəif olan insanlarda və azyaşlı uşaqlarda həmin xəstəlik ağır keçə bilər. Ümumiyyətlə, uşaqlarda daha çox müşahidə olunan xəstəliyin ölüm ehtimalı Mərkəzi Afrika növündə yüzdə 11, xəstəliyin Qərbi Afrika növündə isə yüzdə 1 faizdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev