Pediatrdan uşaqlara yemək vərdişlərini aşılamaq üçün TÖVSİYƏLƏR
13.06.2022 16:04
Uşaqların sərbəst yemək yemələri ilə bağlı metodları bütün uşaqlara tətbiq etmək mümkündür, sadəcə onlara riayət etmək lazımdır.
 
Aztibb.az xəbər verir ki, bunu pediatr Tərlan Əyyubov deyib. Həkim valideynlərə vacib tövsiyələr verərək bildirib ki, uşaqları zorla yedizdirmək olmaz:
 
"Yemək cədvəli düzəldin, bu cədvəl kənarında yeməyən uşağa əlavə qidalar verməyin, imkan verin onlar aclığı hiss etsinlər. Uşağınız nəsə yesin deyə bütün günü arxasınca düşüb bundan imtina edirsə, "onu verək, ondan imtina edirsə, o birini verək" kimi bir üsul seçməyin. Əgər uşaq görürsə, istəmədiyi sağlam qidanı yemədikdə əvvəl-axır istədiyi qeyri-sağlam qidanı (makaron, şirniyyat, şirin sular, xəmir xörəkləri, yavan çörək, kartof və s.) verəcəksiniz, o istədiyini alana qədər dirənəcək və bu, bir refleksə çevriləcək.
 
Uşağa başa salmaq lazımdır ki, yeməyin vaxtı var və nə versələr onu yeməzsə, növbəti qidalanma saatınadək ac qalacaq".
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev