Tanınmış pediatr: "Ana körpəsini qucağa tez-tez götürməklə ona enerji ötürür"
13.06.2022 11:53
Bir qadın uşağı dünyaya gətirir, lakin nə əmizdirir, nə də qucağa alırsa, bu zaman uşağın ana ilə bağları zəif olur. Bu, onların münasibətinə birbaşa təsir edir. Əslində 2 yaşa kimi əmizdirmək daha çox təmas, daha çox bağ möhkəmliyi üçündür. Çünki əmizdirmək həm də qucaq deməkdir.
 
Aztibb.az-ın xəbərinə görə, həkim-pediatr Aytən İsmayılzadə əsasən yaşlı insanlar arasında geniş yayılmış "Uşağı tez-tez götürmək olmaz, qucağa öyrəşər" fikrinə münasibət bildirib. 
 
Həkim qeyd edib ki, uşaq ilə ana arasında 3 əsas bağ var :
 
- göbək ciyəsi - ananın qanı ilə uşağa qida maddələri, oksigen, yəni enerji axır;
- Ana südü - qida maddələri verir, bu da enerji deməkdir
- Ana qucağı - istilik, yəni yenə də enerji ötürülür.
 
Uşaq doğulanda göbək ciyəsi - birinci bağ kəsilir, çünki buna məcburuq. İkinci və üçüncü bağlar isə dövriyyəyə girir: körpə ananın sinəsinə həm təmas, həm də süd yeməsi üçün qoyulur.
 
"Əgər bu iki bağ vaxtında bağlanmazsa, birinci bağı kəsilmiş körpənin yeni dünyaya adaptasiyası ləngiyir. Hətta sonra tənəffüs problemləri də görülür. Düzdür, tibb bu problemlərin altında nələrsə axtarır. Körpəni tez-tez qucaqda saxlamaq onu tez-tez əmizdirmək kimidir.
 
Bütün bağların tez qopmasına çalışmamaq lazımdır. Göbək ciyəsini də tələsmədən kəsmək, südü də kəsməyə tələsməmək, qucağı da əsirgəməmək vacibdir. Bu, o deməkdir ki, uşağa verəcəyimiz enerjini əsirgəməməliyik. Birinci bağlar həmişəlik olmasa da, qucaq həmişə var. İsti ana qucağını heç nə əvəz edə bilməz. Və körpələr həqiqətən haqqı olan ana qucağı üçün də ağlayır.
 
Odur ki, əziz nənələr, analara "Uşağı tez-tez götürmə, qucağa öyrəşər" deməyin", - deyə pediatr çağırış edib. 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev