ÜST: həftə ərzində 505 insan meymunçiçəyinə yoluxub
11.06.2022 18:20

Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) meymunçiçəyinin qeyri-endemik olduğu ölkələrdən bu infeksiyaya 1285 təsdiqlənmiş yoluxma halı barədə məlumat daxil olub. Həmin ölkələrdə həftə ərzində 505 insan meymun çiçəyinə yoluxub.

 

Aztibb.az xəbər verir ki, bu barədə məlumat ÜST-nin Cenevrədə dərc olunan bülletenində yer alıb. İyunun 8-nə olan məlumata görə, ümumilikdə 28 ölkədə meymunçiçəyinə laboratoriyada təsdiqlənmiş 1285 yoluxma halı qeydə alınıb.

 

İnfeksiyaya ən çox yoluxma halları Böyük Britaniyada (321 nəfər), İspaniyada (259 nəfər), Portuqaliyada (191 nəfər), Almaniyada (113 nəfər) və Kanadada (110 nəfər) aşkarlanıb. Mütəxəssislər xəstəliyin qeyri-endemik olduğu ölkələrdə qəfil peyda olmasını infeksiyanın gizli ötürülməsi ilə izah edirlər.

 

2022-ci ilin əvvəlindən bəri meymunçiçəyi xəstəliyinin endemik olduğu ölkələrdən ÜST-yə ümumilikdə 1536 analız daxil olub və onlardan yalnız 59-u laboratoriya təsdiqin tapıb. Eyni zamanda, 72 nəfər meymunçiçəyi virusu şübhəsi ilə vəfat edib. İnfeksiyaya yoluxma və ölüm halları ən çox Konqo Demokratik Respublikasında qeydə alınıb. Orada 1356 nəfərin meymunçiçəyinə yoluxduğu və 64 nəfərin öldüyü ehtimal edilir.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Sabunçu Tibb Mərkəzində təlim:
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
ATU alimlərinin beynəlxalq tədqiqatları dayanıqlı inkişafın qlobal məqsədlərinə töhfə verir
Vərəmlə mübarizədə ilkin səhiyyənin rolu - Şəmkirdə tibb işçiləri üçün maarifləndirici təlim