Kanadada hər siqaretin üzərinə sağlamlıqla bağlı xəbərdarlıq çap etmək təklif edilib
11.06.2022 07:04

Kanadanın Psixi Sağlamlıq və Narkomaniyanın Müalicə İşləri Naziri Karolin Bennett sağlamlıqla bağlı xəbərdarlıqların təkcə qutuların deyil, hər siqaretin üzərinə çap edilməsini təklif edib.

 

Aztibb.az-ın məlumatına görə, bu barədə "Reuters" agentliyi xəbər verib.

 

Nazir bildirib ki, mütəmadi siqaret çəkən kanadalıların 13%-i üçün siqaret qutularının üzərindəki xəbərdarlıq artıq köhnəlib:

 

"Ayrı-ayrı tütün məhsullarına sağlamlıqla bağlı xəbərdarlıqların əlavə edilməsi bu mühüm mesajların insanlara, o cümlədən gənclərə çatmasını təmin edəcək".

 

Agentlik qeyd edib ki, bu məsələ ilə bağlı 75 günlük ictimai məsləhətləşmələr iyunun 11-də başlayacaq. Bu, təklif olunan qaydaların hazırlanması üçün əsas olacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib