ÜST Azərbaycanın müxtəlif səhiyyə qurumlarının Türkiyəyə səfərini təşkil edib
10.06.2022 15:03
Ümumdünya Səhiyyə Təşkilatı “PROACT-Care” layihəsi çərçivəsində Türkiyənin ilkin səhiyyə xidməti (İSX) sisteminin öyrənilməsi və Azərbaycanda İSX-nin gücləndirilməsi üçün iş proqramına dəstək məqsədilə müxtəlif yerli səhiyyə qurumlarının nümayəndələrinin Türkiyə Respublikasına səfərini təşkil edib.
Aztibb.az xəbər verir ki, bir həftə davam edən səfərin məqsədi Türkiyədə İSX sistemini müşahidə etmək və funksional inteqrasiya olunmuş ictimai səhiyyə və ilkin səhiyyə sistemi üçün Azərbaycanda tətbiq oluna biləcək strategiyaları öyrənməkdir.
Səfər zamanı Böyük İzmir Sağlamlıq Müdirliyi, Bayraklı İlçe Sağlamlıq Müdirliyi, Dokuz Eylül Universiteti Tibb Fakültəsinin Xalq Sağlamlığı və Ailə Təbabəti şöbələri, Universitetə bağlı İSX Təhsil, Araşdırma və Tətbiq Mərkəzi, bir şəhər və bir kənd Ailə Sağlamlığı Mərkəzlərinin nümayəndələri ilə görüşlər keçirilib və müzakirələr aparılıb.
Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Bakı Baş Səhiyyə İdarəsi, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, bir sıra yerli tibb və sağlamlıq mərkəzlərinin nümayəndələrinin iştirakı ilə baş tutan səfərin hesabatı yerli səhiyyə qurumlarına təqdim olunacaq.
Qeyd edək ki, ÜST Azərbaycanda 2020-ci ilin mart ayından Şamaxı rayonunda İlkin Səhiyyə Xidmətlərinin (İSX) nümayiş layihəsini (PROACT-Care) həyata keçirir. “PROACT-Care” ilkin səhiyyə xidmətlərini gücləndirməklə Azərbaycanda COVID-19 pandemiyası kontekstində ölüm hallarının qarşısının alınması və təhlükəsiz səhiyyə mühitində həssas əhaliyə əsas səhiyyə xidmətlərinin göstərilməsini hədəfləyir.
Layihə Azərbaycan Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA), Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi (TƏBİB), Şamaxı Rayon İcra Hakimiyyəti, UNİCEF, BMT-nin Əhali Fondu və Heydər Əliyev Fondu ilə birgə həyata keçirilir. Layihənin əsas inkişaf tərəfdaşı USAID təşkilatıdır.
Bu bölməyə aid digər xəbərlər
ÜST və ASCO xərçəng xəstələrinə keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün qlobal əməkdaşlığa başlayır
20.10.2026 | 11:20
Konqo Demokratik Respublikasının səkkizinci əyalətində Ebola epidemiyası təsdiqlənib
19.10.2026 | 08:27
ÜST hamiləlikdə təzyiq xəstəlikləri ilə mübarizə üçün 2026–2035-ci illəri əhatə edən yeni fəaliyyət planı açıqladı
10.10.2026 | 12:25
Kenyada ilk Bundibuqyo virusu infeksiyası təsdiqlənib
10.10.2026 | 10:40
ÜST uşaqlar və yeniyetmələrdə piylənmə ilə bağlı ilk qlobal təlimatını yayımlayıb
08.10.2026 | 08:33
ÜST rəhbəri: Yeni pandemiya artıq ehtimal deyil, zaman məsələsidir
26.09.2026 | 12:27
ÜST Konqoda Ebola epidemiyası ilə bağlı vəziyyətdə yaxşılaşma əlamətlərinin olduğunu bildirib
18.09.2026 | 13:28
Tedros Qebreyesus ÜST-nin Azərbaycan nümayəndəliyi ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
14.09.2026 | 10:32
ÜST-dən yeni Ebola həyəcanı: Konqoda xəstələrinin sayı 6 mini keçib, ölənlərin sayı 3 minə yaxınlaşır
02.09.2026 | 07:30
Konqoda Ebola tarixin ən böyük epidemiyası olaraq qeydə alına bilər
28.08.2026 | 07:44
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

