Bu qaydalara əməl edin - Ürəyiniz həmişə sağlam olsun!
10.06.2022 12:42
Ürək, orqanizmimizdə oksigeni qan vasitəsi bütün orqanlara çatdıran ən vacib əzələli orqandır. Ürəyimiz lazımı qayğını görmədikdə, damarlarımızda ərp yaranmağa başlayır ki, bu da gələcəkdə infarkt və arterial damarların tutulması kimi ciddi xəstəliklərin yaranmasına səbəb olur.
 
Aztibb.az xəbər verir ki, ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev sağlam ürək üçün gündəlik əməl edilməsi vacib olan tövsiyələri paylaşıb. 
 
Onlar aşağıdakılardır:
 
- Qida və dərmanlara qarşı diqqətli olun.
- Həftədə ən az 3 dəfə, hər dəfə minimum 40 dəqiqə olmaqla yüngül məşqlər və fiziki aktivlik mütləqdir.
- Vaxtında həkim yoxlanışından keçin.
- Su qəbulu sutkada 2,5-3 litr olmalıdır.
- Gün ərzində 2-4 pors meyvə yeyilə bilər.
- Artıq çəki ürək üçün yükdür. Ondan qurtulun.
- Normal yuxu rejiminə əməl edin.
- Mal, donuz və quzu əti kimi ətlərdən çəkinmək və yağsız ət yemək daha yaxşıdır. Yağlı heyvan ətindən uzaq durmaq lazımdır.
- Rasionda tam taxıl və liflə zəngin məhsulları olmalıdır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub