Kənd həkim məntəqələrində monitorinqlər həyata keçirilir
10.06.2022 10:40
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyi arasında imzalanmış ilkin səhiyyə xidmətinin inkişafına dəstək üzrə Anlaşma Memorandumu ilə bağlı görülmüş işlərlə tanışlıq məqsədilə BQXK Azərbaycan ofisi və TƏBİB nümayəndələrinin iştirakı ilə Ağdamın Əfətli, Tərtərin Sarov və Borsunlu kəndlərində yerləşən kənd həkim məntəqələrində birgə monitorinq həyata keçirilib.
Monitorinqdə BQXK Azərbaycan nümayəndəliyinin Səhiyyə üzrə nümayəndəsi Oskar Danilo, Bərdə subnümayəndəliyinin siyasi məsləhətçisi Xudaverdi Rzayev, Səhiyyə üzrə sahə rəisi Ruqiyyə İbrahimli, TƏBİB-in İlkin səhiyyənin təşkili şöbəsinin müdiri Nəhmət Rəhmanov, Monitorinq şöbəsinin baş mütəxəssisi Xəyyam Cavadov, Tərtər Rayon Mərkəzi Xəstəxanasının direktoru Sərxan Cəlalani və Ağdam Rayon Mərkəzi Xəstəxanasının direktoru Rövşən Əhmədov iştirak edib.
Monitorinq zamanı BQXK Azərbaycan nümayəndəliyinin maliyyə dəstəyi ilə aparılmış təmir və rekonstruksiya işlərinə, yenilənmiş su, kanalizasiya, isitmə və soyutma sisteminin vəziyyətinə, bioloji tullantıların utulizasiyası üçün quraşdırılmış sistemə baxış keçirilib.
O cümlədən məntəqələrin yumşaq və bərk avadanlıqlarla, tibbi vasitələr və avadanlıqlarla təchizatı, elektrik generatorlarının quraşdırılması, məntəqələrdə çalışan tibb xidməti əməkdaşları üçün təlim ehtiyacları, əhali və tibb işçiləri üçün maarifləndirmə materiallarının çoxaldılması məsələləri müzakirə edilib.
Görüşlər zamanı TƏBİB rəhbərliyinin bu istiqamətlər üzrə imkanlar və prioritet məsələlər barədə gələcək planları BQXK nümayəndələrinin diqqətinə çatdırılıb və işlərin yekunlaşması ərəfəsində növbəti monitorinq keçirilməsinin vacibliyi vurğulanıb.
Bu bölməyə aid digər xəbərlər
Müasir biologiya və təbabətin prioritet istiqamətlərindən olan kök hüceyrə tədqiqatlarına həsr olunmuş seminar
24.10.2026 | 10:06
Mərkəzi Neftçilər Xəstəxanasının tibb heyətinin peşəkar fəaliyyəti İctimai Televiziyada işıqlandırılıb
23.10.2026 | 12:02
Şamonda virusundan ilk insan ölümü Fransada qeydə alınıb
23.10.2026 | 10:17
AQTA sədri İmişlidə və Sabirabadda istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olub
23.10.2026 | 10:05
Nigeriyada “Ebola” virusuna ilk yoluxma halı qeydə alınıb
21.10.2026 | 10:57
AQTİ mütəxəssisi İtaliyada karantin statuslu göbələyin inkişaf xüsusiyyətlərini araşdırıb
21.10.2026 | 09:47
ATU tələbələri “Zirvəyə birlikdə qalxaq!” kütləvi yürüşündə
21.10.2026 | 08:29
1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib
20.10.2026 | 15:55
Şamaxı rayonunun Mərzəndiyyə kəndində sakinlər üçün səyyar tibbi xidmət keçirilib
20.10.2026 | 15:51
Elmi-Tədqiqat Pediatriya İnstitutunda şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı göstərilir
20.10.2026 | 15:24
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41

