“Mən ölmək istəmirəm” - Türkiyə gündəmini zəbt edən hadisə
16.09.2020 19:01

Antalyanın dünyaca məşhur Konyaaltı çimərliyində “Mən ölmək istəmirəm” deyə qışqıran koronavirus xəstəsi Türkiyə gündəmini zəbt edib.

 

“Hürriyet” xəbər verir ki, Antalyada yaşayan Dilek Muratoğlu günorta saatlarında 5 yaşlı qızı ilə Konyaaltı çimərliyinə gedib. Qızı çimərkən o, “ölmək istəmirəm” deyə qışqırmağa başlayıb. Ətrafdakı insanların maraqlanmasından sonra Muratoğlu koronavirusa yoluxduğunu və ölmək istəmədiyini bildirib. Daha sonra insanlar onun mütəmadi yerə tüpürdüyünü görərək ərazidən uzaqlaşıblar. Xəbər verildikdən sonra isə bölgəyə polis qrupları göndərilib və xilasedici heyətə məlumat verilib.

 

Hadisə yerinə gələn xilasedicilər Dilek Muratoğlu və qızının ətrafında 3 metrlik ara məsafəsi ilə təhlükəsiz ərazi yaradıb. Çimərliyə gələn polis şəxsin kimliyini təyin etdikdən sonra onun evində təcrid olunmalı olduğunu bildirib.

 

Daha sonra çimərlikdən qızı ilə aparılan qadının həm də psixoloji müalicə alacağı qeyd olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib