Gömrük Hospitalının həkimi Qarabağ III Beynəlxalq Tətbiqi Elmlər konqresində iştirak edir
09.06.2022 11:00
Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı, t.f.d. Aynur Səfiyeva 7-13 iyun 2022-ci il tarixlərində Şuşa şəhərində "ŞUŞA İLİ - 2022" çərçivəsində Qarabağ III Beynəlxalq Tətbiqi Elmlər konqresində iştirak edir. Qarabağ III Beynəlxalq Tətbiqi Elmlər konqresi çərçivəsində ilk olaraq konres iştirakçıları Şuşa şəhərinə səfər ediblər. Daha sonra konqres öz işini 13 iyun tarixinə qədər AMEA Mərkəzi Elmi Kitabxanasında davam edəcək.
 
Aztibb.az xəbər verir ki, 10 iyun tarixində Aynur Səfiyeva konqresdə “Kolorektal poliplərin diaqnostika və müalicəsində kolonoskopiyanın əhəmiyyəti” mövzusunda təqdimatla çıxış edəcək. Konqresin Azərbaycan tərəfindən təşkilatçıları Azərbaycan Milli Elmlər Akademiyası, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Genetik Ehtiyatlar İnstitutu, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Xəzər Universiteti, Naxçıvan Universiteti, Türkiyə tərəfindən isə Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutudur.
 
Qeyd edək ki, konqresdə riyaziyyat, mühəndislik, fizika, kimya, biologiya, ətraf mühit elmləri, coğrafiya, tibb elmləri, idman elmləri, kənd təsərrüfatı elmləri, baytarlıq elmləri, təhsil elmləri istiqamətləri üzrə məruzələrin dinlənilməsi nəzərdə tutulub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib