Qohum evliliyi körpənin ürək qüsuru ilə doğulmasına səbəb olan amillərdəndir - HƏKİM MƏSLƏHƏTİ
09.06.2022 10:43
Anadangəlmə ürək qüsurları çox geniş rast gəlinən xəstəliklərdən biridir. Yenidoğulan körpələrin bir qismində bu qüsurlar aşkarlanır. Son illər belə uşaqların sayı artır. Anadangəlmə ürək qüsurlarının adətən səbəbi bilinmir. Bəzi ürək xəstəliklərinin genlərlə əlaqədar olduğu bildirilsə də bu bir çox xəstələrdə öz təsdiqini tapmayıb. Ancaq xəstələrin bir qismində qohum evliliyi, anada şəkər xəstəliyinin olması, ana, ata və yaxın qohumlarda anadangəlmə ürək xəstəliklərinin olması qüsurun yaranmasına təsir edə bilər.
Aztibb.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin tabeliyindəki 5 nömrəli Kliniki Doğum Evinin Reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Mehriban Həşimzadə məlumat verib.
Həkimin sözlərinə görə, xüsusilə hamiləliyin 3 ayı çox önəmlidir. Bu dövrdə ananın məxmərək kimi infeksion xəstəliklərə tutulması, siqaret, narkotik vasitələrdən istifadə etməsi, rentgen şüası alması və ya nəzarətsiz dərman qəbul etməsi təhlükəlidir.
"Anadangəlmə ürək qüsurlarının sadalanan konkret hansı səbəblə bağlılığını müəyyən etmək çətindir. Lakin hamiləliyin təxminən 4-cü ayından etibarən bəzi ürək qüsurlarını uşaq kardioloqları fetal exokardioqrafiya üsulu ilə müəyyən edə bilirlər. Elə ana bətnindəcə bu qüsurun müalicəsinə başlamaq olur. Körpədə çox ağır anadangəlmə ürək qüsuru aşkar edilərsə, valideynlərin razılığı ilə hamiləlik sonlandırıla bilər. Bu halda proses qanun çərçivəsində, xəstəxananın həkim komissiyasının qərarı və ailənin icazəsi ilə diaqnoz dəqiqləşdirildikdən sonra mümkündür".
M.Həşimzadə bildirib ki, ürək qüsurlarının aşkar edilməsi, doğru diaqnoz qoyularaq müalicə edilməsi üçün uşaq kardioloqlarına müraciət etmək vacibdir.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

