Orqanizmdə A vitamini çatışmazlığını göstərən ƏLAMƏTLƏR
08.06.2022 17:20

Orqanizmdə A vitamininin (retinol) çatışmazlığı əsasən özünü gözlərdə əmələ gətirdiyi patologiyalar ilə göstərir.

 

Aztibb.az xəbər verir ki, orqanizmdə A vitamini çatışmazlığı yarandıqda aşağıdakı xəstəliklər meydana çıxa bilər:


- konyuktvit
- kseroftalmiya
- hiperkeratoz
- toyuq korluğu.

Bəzi hallarda A vitamini çatışmazlığı yuxarı tənəffüs yolları və bağırsaq xəstəliklərinin gec sağalmalarına səbəb ola bilir.

A vitamini çatışmazlığı az rast gəlinən xəstəliklərdəndir. Bu xəstəlik özünü ən çox xroniki bağırsaq, xroniki qaraciyər, endokrin sistemi və vərəm xəstəlikləri zamanı büruzə verir.

Xəstəliyin əmələ gəlməsi qidalanma ilə əlaqədardır. Belə ki, tərkibində yetərincə A vitamini olmayan qidalarla qidalanan insanlarda bir müddət sonra avitaminoz baş verir. A vitamini orqanizmin turşu mübadiləsini sürətləndirir, cinsi orqanların fəaliyyətini stimulyasiya edir, canlıların boy artmasında yardımçı olur və orqanizmə antoqonist təsir göstərir.
A vitamini gözun,  dərinin, mədə-bağırsağın selikli qişasını, sidik yollarının fəaliyyətini artırır. A vitamininin azlığında gözün qidalanması və görmə qabiliyyəti zəifləyir.

A vitamini çatışmazlığının əlamətləri


Bu zaman ağız və burun boşluğunda, dəridə quruluq baş verir. Saçların da quruluğa məruz qalması nəticəsində saç tökülməsi baş verir. Sekresiya vəzilərinin ifrazı azalır, göz öz parlaqlığını itirir.

Xəstəliyə diaqnoz qanın tərkibində A vitamininin və karotinin az olmasına əsaslanaraq qoyulur. Xəstənin göz dibinin müayinəsi diaqnozun düzgün qoyulmasını təsdiqləyir.
Müalicə əzələ daxilinə A vitamininin vurulması və tərkibi A vitamini ilə zəngin olan qidalardan ibarət menyunun tərtib olması ilə aparılır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev