Şəbnəm Əlirzayeva: "Zob xəstəliyinin əlamətləri qalxanabənzər vəz funksiyasının artıb-azalmasına bağlı olaraq fərqlənir"
08.06.2022 12:26
Mərkəzi Gömrük Hospitalının endokrinoloqu Şəbnəm Əlirzayeva “Həkim məsləhəti” rubrikasında “İnsanda zob xəstəliyinin olduğunu hansı əlamətlər göstərir” sualını cavablandırıb.
 
Həkim bildirib ki, zob xəstəliyinin əlamətləri qalxanabənzər vəz funksiyasının artıb və ya azalmasına bağlı olaraq fərqlənir.
 
Onun sözlərinə görə, hipotireoz: halsızlıq, tez yorulma, yuxululuq, depressiv hal, süstlük, soyuğa dözümsüzlük, əllərdə və ayaqlarda ödəm, tərləmənin azalması, səsin qalınlaşması, kilo alma, saç tökülməsi, yaddaşsızlıq və dəridə quruluq kimi əlamətlərlə özünü göstərir. Hipertireozə isə həddən artıq tərləmə, iştahanın artmasına baxmayaraq çəki itkisi, ürəkdöyünmə, arterial təzyiqin yüksəlməsi, əsəbilik, isti və nəmli dəri, istiyə dözümsüzlük, əllərdə titrəmə, saçın qırılıb tökülməsi, gözlərdə bərəlmə, yuxusuzluq, ağlağanlıq və səbirsizlik kimi əlamətlərlə özünü biruzə verir.
 
Şəbnəm Əlirzayeva vətəndaşlara ailədə qalxanabənzər vəz xəstəliklərinə irsi meyillik varsa, ilk növbədə həkim müayinəsindən keçməyi tövsiyə edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib