Süd vəzi xərçəngi riskini azaldan və müalicəsində mühüm rol oynayan BALQABAQ TUMU
08.06.2022 09:59

Balqabaq tumunun tərkibi E vitamini, fosfor, sink, dəmir, kalsium, maqnezium və natrium kimi minerallarla zəngindir. Gecə yatmazdan əvvəl istehlak edildikdə hüceyrələrin bərpası funksiyalarını artırır.

 

Aztibb.az tibbi saytlara istinadla bildirir ki, maqnezium bədəndəki 300-dən çox fermentin reaksiyasında mühüm rol oynayır. Bu vəzifələrə qidanın həzm edilməsi, yağ turşularının və zülalların sintezi daxildir. Eyni zamanda maqnezium əzələlər və sümüklərin sağlamlığı üçün də olduqca faydalıdır. Orqanizmdə maqnezium çatışmazlığı ürək xəstəliklərinə səbəb ola bilər. İki xörək qaşığı balqabaq tumunda 74 milliqram maqnezium var, bu da insan orqanizminin gündəlik maqnezium ehtiyacının 25 faizini ödəyir.

 

Balqabaq tumunun tərkibindəki yağlar maddələr mübadiləsinin düzgün işləməsini və hormon balansının saxlanmasını təmin edir, eyni zamanda uzun müddət tox saxlayır.

 

Aparılan tədqiqatlara görə, balqabaq tumunun istehlakı prostat xərçəngi, qadınlarda isə süd vəzi xərçəngi riskini azaldır və müalicəsində mühüm rol oynayır.

 

Balqabaq tumunun tərkibi omeqa 3 və omeqa 6 yağları, antioksidantlar və liflə zəngindir. Bütün bu maddələrin birləşməsi qaraciyər və ürək sağlamlığına da dopinq təsiri yaradır.

 

Tərkibindəki lif qanda xolesterinin miqdarını azaldır. Tədqiqatlar göstərir ki, omeqa-3 yağ turşuları qan laxtalanması və ürək ritminin pozulması kimi xəstəliklərin qarşısını alır. Bu da infarkt, insulta qarşı qoruyur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev