Dul qadın donqarlığı sindromu nədir?
07.06.2022 12:33
Dul qadın donqarlığı sindromu - qadınlarda menopauza dövründə yeddinci boyun fəqərəsi ətrafına piy toxumasının yığılması ilə xarakterizə olunur. Bu patologiya 45-50 yaşlı qadınlar arasında rast  gəlinir.
 
Tanınmış reabilitoloq, fizioterapevt, idman zədələri üzrə mütəxəssis, osteopat Pərvin Əkbərov bildirib ki, bəzən bu sindroma lipoma, piyin yığılması kimi adlar da verilir. Bu patologiya hətta ideal bədən quruluşuna sahib olan qadınlarda belə hormonal dəyişiklik fonunda və ya digər faktorlarla əlaqədar olaraq yarana bilər.
 
"Qadınlarda klimakterik yaş dövrünün ilk 2 ilində qanda estrogenlərin miqdarı artır, daha sonrakı dövrdə onların reproduktivliyi azalmağa doğru gedir", - deyən P.Əkbərov qeyd edib ki, estrogenlərin azaldığı dövrdə qanda testosteroidlərin miqdarı dəyişilməz qalır ki, bu da nisbi olaraq qanda onların miqdarını artırır. Bu səbəbdən də piylənmə kişi tipli olur, piy toxuması onurğanın 7ci boyun fəqərəsi səviyyəsində, əllər və qarın nahiyyəsinə cəmlənir:
  
"Boyunun arxasında yaranan donqarlığı hətta paltarla belə gizlətmək olmur. Dul qadın donqarlığı sindromu zahiri görünüşdə yaranmış defektlə yanaşı qamət pozğunluğu, səhhətdə yaranan müxtəlif problemlərlə də özünü büruzə verir. Boyun nahiyyəsinə toplanan piy toxuması boyun fəqərələrnin yanı boyu keçən arteriyaları sıxır. Bu damarlar baş beyini qanla təmin edir, ona görə də onların kompressiyası baş ağrıları, ürəkbulanma, təzyiqin tez tez dəyişməsi və baş gicəllənmə kimi hallara yol açır".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev