Zeytun yağı gözaltı qırışların azalmasına səbəb olur - Fitoterapevt 
07.06.2022 09:46
Zeytun yağı istər yay, istərsə də qış günlərində dəri üçün faydalıdır. Zeytun ağacı 4-5 əsr yaşaya bilir, bu uzunömürlük hər ağacda olmur. Zeytun yağı başdan-başa vitamin, mineral, polifenol mənbəyidir və elə buna görə isti yay günlərində dəridən sorulma daha tez gedir.
 
Bu barədə həkim-fitoterapevt Fizuli Hüseynov məlumat verib.
 
F.Hüseynov xüsusilə soyuq üsulla alınmış zeytun yağından istifadə edilməsini məsləhət görüb.  Həkim yerli yağlardan istifadə etməyi tövsiyə edib. Bildirib ki, Abşeron, Zirə sızma yağları faydalıdır.
 
 
Həkimin bildirdiyinə görə, zeytun yağı isti yay günlərində dənizə gedənlər üçün əvəzolunmazdır, yuyunmazdan əvvəl bütün bədəninizi yaxşı-yaxşı yağlayın, yuyunun, qurulanın, amma sabunla yuyunmayın, zeytun yağını dəriyə dairəvi hərəkətlərlə çəkin, dəri qırışları və sellülit yavaş-yavaş azalacaqdır, dəriniz parlaq və canlı olacaqdır. Bunu 2-3 prosedurdan sonra görəcəksiniz. Zeytun yağı dəri xərçənginin profilaktikası üçün əla vasitədir, çünki zeytun yağı başdan-başa antioksidantdır.
 
"Zeytun yağını çəkinmədən gözaltı qırışlara çəkin, az bir vaxtdan sonra qırışların azaldığını görəcəksiniz, zeytun yağını bərabər miqdarda keçi piyi ilə əridin, soyudun, sonra daban və qarın çatlarına çəkin, çatlar az bir vaxtdan sonra keçəcəkdir. Zeytun yağını bərabər miqdarda arı mumu ilə birlikdə əridin və bu qarışımdan dodaqlarınıza çəkin, dodaqlar həm yumşaq olacaq, həm də çatlamayacaq. Zeytun yağını bədənə və üzə bol-bol çəkin, bütün ləkələr təmizlənəcəkdir. Zeytun yağı dəridən sorulur və dərinin həm qalınlaşmasına, həm də elastikləşməsinə səbəb olur, belə dəri qırışmalara meyilli olmur, zeytun yağı dırnaqları kövrək olanlar üçün də faydalıdır. Oynaq kirəcləşməsinin qarşısını alır və kirəcin fəsadlarını aradan götürür. Zeytun yağı dəridəki bakteriya və göbələkləri məhv edir", - deyə F.Hüseynov qeyd edib.
 
 
Fitoterapevt qeyd olunan məqsədlər üçün rafinə edilməmiş zeytun yağından istifadə edilməsini tövsiyə edib. 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev