ÜST-nin layihəsi çərçivəsində keçirilən təlimlər başa çatıb
06.06.2022 19:46

Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həyata keçirdiyi COVID-19 əleyhinə "Vaksinasiyaya dəstək" layihəsi çərçivəsində ÜST-nin dəstəyi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) üçün soyuq zəncir sistemi avadanlıqları üzrə təlimlər başa çatıb.

 

Təlimlərin əsas məqsədi soyuq zəncir sistemi avadanlıqlarının təhlilini aparmaq üçün ÜST-nin inventarlaşdırma və boşluqların müəyyən edilməsi üzrə alətindən (IGAS) istifadənin öyrənilməsidir.

 

Təlimlərdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin nümayəndələri iştirak ediblər. Kursları tamamlamış 10 təlimçi bölgələrə səfər edərək yerli GEM personalı üçün təlimlər təşkil edəcək.

 

Sonda təlimləri bitirmiş yerli personal peyvənd məntəqələrini ziyarət edərək soyuq zəncir sistemi avadanlıqlarının dəyərləndirilməsini aparacaq.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib