Osteopat: "Ciddi kifoz əyrilikləri tənəffüs problemlərinə səbəb ola bilər"
06.06.2022 15:29
Kifoz onurğa sütununun yuxarı hissəsinin normaldan daha yuvarlaq görünməsinə səbəb olan və hər yaşda görülə bilən xəstəliyidir. Onurğa sütununun yandan görünüşü körpəlikdən qocalığa daim dəyişir. Yeni doğulan körpənin onurğa sütunu birinci fəqərədən başlayaraq büzdümə qədər kifotik vəziyyətdə olur, yaş artdıqca əvvəlcə bel nahiyyəsində önə doğru əyilmə (lordoz), daha sonra isə döş nahiyəsində arxaya doğru əyilmə (kifoz) əmələ gəlir. Beləliklə, onurğa sütunu yandan baxıldığı zaman “S” şəklini alır. Onurğada təbii olaraq yaranmış bu əyriliklər bədənin və başın ağırlığını daşımağa və bədən tarazlığını saxlamağa kömək edir. Döş nahiyyəsində olan əyrilik normaldan daha çox olarsa, bu zaman kifoz xəstəliyi yaranır.
 
Aztibb.az-ın xəbərinə görə, tanınmış reabilitoloq, fizioterapevt, idman zədələri üzrə mütəxəssis, osteopat Pərvin Əkbərov bu barədə məlumat verərək bildirib ki, normal kifoz 20-40 dərəcə arasındadır. Əgər əyrilik 40 dərəcədən başlayarsa, bu, hiperkifoz adlanır.
 
Kifozun simptomları hansılardır?
 
Kifoz xəstələrdə əsasən ağrı əlaməti və onurğa sütununun döş hissəsində əmələ gələn qabarıqlıqla özünü göstərir. Digər ümumi simptomlara aşağıdakılar daxildir:
 
-Çiyinlərin hündürlüyündə nəzərəçarpan fərq
-Bədənin qalan hissəsinə nisbətən başın önə doğru əyilməsi
-Xəstə irəli əyilərkən yan tərəfdən baxıldıqda döş fəqərələrində olan qabarıqlıq (yuvarlaq görüntü)
-Onurğa sütunu ətrafı əzələ ağrısı
-Ayaqlarda sinir sıxılması səbəbilə yaranan uyuşmalar
-Bədən tarazlığını saxlamaqda yaranan problemlər
-Yorğunluq (xüsusilə aşağı ətraf əzələlərində anormal duruşu təmin etmək üçün lazım olan artmış əzələ funksiyası)
-Dik durmaqda çətinlik
-Zəif duruş
 
"Daha ciddi kifoz əyrilikləri dərman müalicəsinin kifayət etmədiyi davamlı ağrılara, ağciyərlərə təzyiq nəticəsində tənəffüs problemlərinə səbəb ola bilər", - deyə həkim əlavə edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev