Sumqayıt Tibb Mərkəzinin tabeliyindəki 7 nömrəli Ailə Sağlamlıq Mərkəzinə YENİ TƏYİNAT
06.06.2022 14:06
 
Gənc həkim Səlmi Ağayeva Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan 7 nömrəli Ailə Sağlamlıq Mərkəzində mama-ginekoloq vəzifəsinə təyinat alıb.
 
Bu barədə Aztibb.az-a Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.
 
Bildirilib ki, Səlmi Ağayeva 1993-cü ildə Mingəçevir şəhərində anadan olub. 2010-2016-ci illərdə Azərbaycan Tibb Universitetinin (ATU) I Müalicə-profilaktika fakültəsində təhsil alıb. 2016-2022-ci illərdə ATU-nun Tədris Cərrahiyyə Klinikasında "Mama-ginekoloq" ixtisası üzrə rezidentura keçib.
 
O, 2018-ci ildə Türkiyənin Antaliya Akdeniz Universitesində 6 aylıq təcrübə proqramının iştirakçısı olub. 2018-2019-cu illərdə Samsun On Dokuz Mayıs Üniversitesində Mamalıq və ginekologiya şöbəsində ixtisasartırma kursu keçib. 2019-cu ildə tibb doktorluğu dərəcəsini alıb.
 
Səlmi Ağayeva 2022-ci ilin mayın 4-dən Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan 7 nömrəli Ailə Sağlamlıq Mərkəzində mama-ginekoloq vəzifəsində çalışır.
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib