Hovuz dənizi əvəz edə bilərmi? - Pediatrdan İZAH
06.06.2022 10:06
Dəniz kənarı elə bir yerdir ki, burada 4 həyat ünsürü birləşir : od (Günəş), torpaq, su, hava. Bu 4 element kainatın, insanın özünün təməl elementləridir.
 
Aztibb.az-ın xəbərinə görə, bu barədə həkim-pediatr Aytən İsmayılzadə növbəti maarifləndirici paylaşımında "Dəniz kənarı sadəcə bol D vitamini deməkdirmi?", "Hovuz dənizi əvəz edə bilərmi?" suallarınnı cavablandırıb. 
 
"Biz insan olaraq əslində bir enerji kütləsiyik. Kainatdan, qidadan aldığımız enerjini ətrafımıza, digər insanlara, təbiətə ötürə bilirik. Təbiətdə baş verən enerji dönüşümünün bir hissəsiyik", - deyən pediatr bildirib ki, əvəllər uşaqlar bulaq başında, arx kənarında oynardı, su daşıyıb islanardı, ayaqyalın gəzərdi, ağaclarda dolaşardılar. İndi də kənd yerlərində müəyyən dərəcədə belədir. Amma indi analar çox mühafizəkar olub: çıxma, yıxılarsan, suya girmə soyuqlayarsan, ayaqyalın gəzmə və s. Şəhər uşaqları isə, eləcə biz böyüklər də torpaqla, metalla, daşla təmassız, daha çox karton, plastik əşyalara toxunaraq yaşayırıq. Bədənimizdəki enerji elə dönür - fırlanır, yenə özümüzdə qalır, yeni enerji alırıq və blokajlar yaranır. Nəticədə halsız, depressiv, ya da aqressiv oluruq. Bu, uşaqlara da aiddir. Orqan və sistemlərimizin işləməsində nizamsızlıq baş verir.
 
Həkimin sğözlərinə görə, dəniz kənarı sadəcə Günəşin vitamin D-si, dənizin mineralları, havadakı mehin sərinliyi ilə qumun istiliyinin kontrastı deyil. Dəniz kənarı 4 elementə görə daha əhəmiyyətlidir. İnsanların haqlı olaraq ora can atması, orda dinclik araması doğrudur. İnsanları çəkən oradakı istirahət obyektləri deyil, elə bu 4 ünsürdür:
 
"Nə qədər ki Günəş başımızın üstündə imkan verir ki, biz ayağımızı yalın edək, torpağa basaq, nə qədər ki dəniz bizi üşütmür, bu fürsətdən teztez istifadə edək. Qışda yenə viruslar, yenə dərs yükü, yenə tıxaclar və yenə stres olacaq. Yayda etdiyimiz enerji boşalması və yeni enerjiyə yer açmağımız ilə bütün bunlara əsl müqavimət qazanmış olarıq. Dəniz istirahəti yarım qalmasın deyə uşaqlara çimərkən su içməməyi tapşırmaq, balacalara da bu səbədən nəzarət lazımdır. Çunki dəniz suyu ilə yoluxa biləcəkləri infeksiyaları mədə-bağırsaq pozulmasına gətirə bilər".
 
Həkim onu da əlavə edib ki, Günəş kreminə gəlincə, uşaqların dəri problemi yoxdursa  (vitiliqo, albinizm) buna ehtiyac yoxdur.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev