Bağırsaq problemlərinə işarə edən SİMPTOMLAR
05.06.2022 11:09

Mədə-bağırsaq traktında mühüm yerlərdən biri bağırsağa aiddir. O, qida maddələrinin parçalanması və assimiliyasiyasını yerinə yetirir. Yəni bədənimiz üçün bir növ bio-filtr rolunu oynayır. Bağırsaq xəstəliklərinə xas olan simptomlar bütün həzm sisteminin işinə təsir edə bilər. Patoloji vəziyyətlərə müxtəlif amillər, məsələn: hormonal xəstəliklər, anadangəlmə irsi fon, iltihablı və ya infeksion proseslər səbəb ola bilər.

 

Aztibb.az bağırsaqda problemlərin olduğuna işarə edən simptomları təqdim edir:

 

Qarın nahiyəsində ağrılar

 

Bu bağırsaqlarda probleminizin olduğunu bildirən və həkimə müraciət etmək üçün əmin ola biləcəyiniz ilk və ən əhəmiyyətli simptomdur.
Qarının aşağı nahiyəsinda kəskin, sıx, ağrılar nazik bağırsaqdakı problemləridən danışa bilər. Tutma xarakterli, sağ və sol yanlara verən ağrılar isə yoğun bağırsaqdakı funksional pozğunluqları göstərir.

 

Köp

 

Bu yüksək qaz yığıntısı, şişkinlik, sancı və bol qaz ifrazı halında özünü göstərir. Normalda, sağlam bir insanda, mədə-bağırsaq traktında 200-300 ml-dən çox qaz olmur və bu, məsələn, yemək zamanı və ya siqaret çəkməklə havanın daxilə alınması yolu ilə qəbul edilə bilər. Bağırsaqdakı qazların meydana gəlməsi,  çox problemli bir  haldır.  Bakteriyaların çoxalmasına keyfiyyətsiz ərzaqlar və ya yediyimiz qidalar səbəb ola bilər.

 

Qanaxma

 

Nəcisdə qanın ya seliyin görünməsi bağırsaqda müxtəlif xəstəliklərin olmasından xəbər verir: bunlar babasil, düz bağarsağın çatı, poliplər, Kron xəstəliyi və s. kimi xəstəliklər  ola bilər. Biz axıntının xarakterinə və rənginə gorə hansı kliniki təzahürlə rastlaşdığımızı ehtimal edə bilərik. Qanaxma çox və ya az ola bilər. Bundan əlavə, ağrı, yanma, qaşınma ilə də muşayiət oluna bilər.

 

Belə simptomlar son dərəcə təhlükəlidir, müstəqil müalicə edilə bilməz və təcili sürətdə proktoloqa müraciət edilməlidir. Müalicə evdə, lazım gələrsə xəstəxana şəraitində aparıla bilər.

 

Əgər vaxtında tədbir alınmasa, xəstəlik xroniki hala keçə bilər. Bu da müxtəlif ağırlaşmalara səbəb ola bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub