ATU-da YAP Gənclər Birliyinin nümayəndələri ilə görüş keçirilib
03.06.2022 21:04

Azərbaycan Tibb Universitetində (ATU) Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin nümayəndələri ilə görüş keçirilib.

 

Görüşdə təşkilatla ali məktəb arasında əlaqələrin yaradılması, intensiv iş birliyinin qurulması, universitetdə YAP Gənclər Birliyinin klublarının formalaşdırılması kimi məsələlər müzakirə olunub.

 

Əvvəlcə ATU-nun rektoru, professor Gəray Gəraybəyli tələbələrin iştirakı ilə keçirilən tədbirlər, universitet nəzdində fəaliyyət göstərən tələbə klublarının işi haqqında danışıb. ATU-da tələbələrin idarəetmədə rolunun genişləndirildiyini deyən rektor artıq tələbə dekanların seçildiyini və Elmi Şurada təmsil olunduğunu, nəticədə onların rəhbərliklə birbaşa əlaqəsinin yarandığını qeyd edib.  

 

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov rəhbərlik etdiyi qurumun ali məktəblərdə təhsil alan gənclərlə əlaqələri möhkəmləndirmək, onlarla birlikdə ictimai-sosial, vətənpərvərlik, fərdi inkişaf, idman və bir sıra sahələrdə müxtəlif təşəbbüsləri icra etmək məqsədilə silsilə görüşlər keçirdiklərini bildirib. O, YAP Gənclər Birliyi ATU-nun nəzdində birlik üzvlərindən ibarət tələbə klubunun yaradılması təşəbbüsü ilə çıxış edib.

 

Görüşdə YAP Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev, ATU-nun Tədris işləri üzrə prorektoru, professor Sabir Əliyev, Tərbiyə işləri üzrə prorektor, dosent Zülfüqar Musabəyov, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Qoşqar İsmayılov iştirak ediblər.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib