Agentliyin İdarə Heyətinin sədri Balakən rayonunda vətəndaşları qəbul edəcək
03.06.2022 09:46

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev  24 iyun 2022-ci il tarixində Balakən, Zaqatala və Qax rayon sakinlərini qəbul edəcək. Qəbul Balakən şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən Balakən rayon Mərkəzi Xəstəxanasının konfrans zalında (4-cü mərtəbə) saat 10:00-da başlanacaq.

 

Vətəndaşların qəbulu mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2022-ci ilin iyun ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilir.

 

Qəbula gəlmək istəyən vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədlə birgə Balakən, Zaqatala və Qax rayon mərkəzi xəstəxanalarının Ümumi şöbələrinə müraciət etməklə, eləcə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 1542 Çağrı mərkəzinə, (+994 12) 310 07 70 (daxili 2111) əlaqə nömrəsinə zəng etməklə və ya Agentliyin www.its.gov.az rəsmi saytının vətəndaşların qəbulu üçün onlayn qeydiyyat bölməsi vasitəsilə, yaxud info@its.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

 

Qəbula gəlmək istəyən vətəndaşlardan Agentliyin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı müraciət etmək və şəxsiyyəti təsdiq edən sənədlə birgə tibb müəssisəsinə yaxınlaşmaq xahiş olunur. Müraciətini yazılı təqdim etmək istəyən vətəndaşların diqqətinə çatdırırıq ki, müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir.

 

Qəbula qeydiyyat 23 iyun 2022-ci il, saat 18:00-da başa çatır.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrası əməkdaşlarının ixtirasına Avrasiya Patenti verilib
 Birinci Moskva Dövlət Tibb Universitetinin tələbələri narkomaniya ilə mübarizəyə dair maarifləndiriliblər   
Ayağında geniş toxuma zədələnməsi yaranan pasiyentdə mürəkkəb rekonstruktiv əməliyyat uğurla icra olunub
Ölkəmizdə ilk dəfə tətbiq edilən texnologiyaya həsr olunuş elmi simpozium keçirildi - MR-Fusion Prostat Biopsiyası
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
 Pirallahı Tibb Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu