Uşaqlarda irinli angina - Silmək qəti qadağandır!
02.06.2022 14:40
"Uşaqda ağ ərpli tonzillit, günlərlə davam edən qızdırma, antibiotikə baxmayaraq yaxşılaşma olmursa, mütləq EBV (Epşteyn-Barr virus) tonzilliti ola biləcəyi də düşünülməli və analiz götürülməlidir".
 
Aztibb.az xəbər verir ki, bu barədə tanınmış həkim pediatr Günay Rəsulova sosial şəbəkədə məlumat verərək valideynləri diqqətli olmağa çağırıb.  Həkim irinli anginanı silməyin qəti qadağan olduğunu deyib. 
 
Tez- tez boğazı gələn uşağın tonzilləri hansı halda kəsilməlidir?
 
Bu suala aydınlıq gətirən həkim qeyd edib ki, əgər uşaqda angina 1 ildə 7-8 dəfə, 2 il ard-arda hər il ən az 5 dəfə, 3 il ərzndə hər il ən az 3 dəfə olursa, yarada biləcəyi risklərə görə kəsdirilməlidir.
 
Son günlər dondurma yediyi üçün angina olan uşaqların sayı çoxalıb.
 
Dondurma anginaya səbəb ola bilərmi?
 
Həkimin sözlərinə görə, soyuq havaya, soyuq içməyə, yeməyə öyrədilməmiş uşağa soyuq qida, həmçinin dondurma bir stres faktoruna çevrilərək immuniteti düşürdüyü üçün anginaya səbəb ola bilər.
 
Xəstələnməmək üçün dondurmanı uşağa havanın isti saatlarında, kiçik hissəciklərlə, hər gün olmamaq şərtilə vermək lazımdır.
 
Hansı dondurmalardan yeyək?
 
"Tərkbində çox kimyəvi rəngləndiricsi olmayan, keyfiyyətli marka, saxlanma şəraitinə düzgün riayət edilmiş, soyuq zinciri qırılmadan saxlanılan (yaxşı olar ki, meyvəli, az şəkərli) dondurmalara üstünlük vermək lazımdır" - deyə G.Rəsulova bildirib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev