Azərbaycanda koronavirusun yeni dalğası ola bilər - Cavanşir Məhərrəmov
02.06.2022 12:01
Hər-hansı infeksion xəstəlik və virusdan söhbət gedirsə, təbii ki, onun istənilən anda alovlanması mümkündür. Bu, yenə də insan amilindən asılıdır.
 
Aztibb.az xəbər verir ki, bu barədə İctimai Televiziyada yayımlanan “Sabaha saxlamayaq” verilişində ATU-nun Tədris Terapevtik Klinikasının TTK Qəbul və TTY şöbəsinin müdiri Cavanşir Məhərrəmov məlumat verib.
 
Həkim bildirib ki, yeni yoluxma hallarının və aktiv xəstələrin sayında azalma müşahidə olunur və koronavirus özü də artıq zəifləyib. Hazırkı vəziyyətdə COVID-19 infeksiyasına görə epidemioloji durumu sabit qiymətləndirmək olar.
 
"Yoluxma sayı 10-nun altına düşüb. Lakin yoluxma sayının azlığı bizi arxayınlaşdırmamalıdır. Bu, hər şeyin tam bitdiyi anlamına gəlmir.
 
Dünya ölkələrinin basqısı, təzyiqi səbəbindən karantin yumşalmaları oldu, maska tələbi ləğv edildi. Amma biz kütləvi sıx yerlərdə yenə də maskadan istifadə etməli, diqqətli olmalı və özümüzü qorumalıyıq.  Ən azı yaxın 1 il üçün təhlükə var”, - deyə Cavanşir Məhərrəmov əlavə edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib