Hamiləlikdə istifadə edilən epilepsiya dərmanları uşaqlarda autizm riskini artıra bilər - TƏDQİQAT
02.06.2022 12:24

Norveçin Bergen Universitetinin alimlərinin apardığı araşdırmalara görə, hamiləlik zamanı epilepsiya dərmanlarının qəbulu uşaqlarda autizm və ya inkişaf riskini artıra bilər.

 

Aztibb.az bu barədə medimagazin.com.tr-yə istinadən məlumat verir.

 

4,5 milyon uşaq üzərində aparılan tədqiqat göstərib ki, topiramat və ya valproat qəbul edən anaların uşaqlarında bu xəstəliyə iki dəfə çox rast gəlinir.

 

Tədqiqatçılar 1997-2017-ci illər ərzində Danimarka, Finlandiya, İslandiya, Norveç və İsveçdə doğulan uşaqların tibbi sənədlərini müqayisə ediblər. Daha sonra hamiləlik zamanı qeydlər və reseptlər araşdırılıb və anaların məlumatları ilə uyğunlaşdırılıb. 16170 ananın istifadə etdiyi ən çox yayılmış 10 epilepsiya dərmanı təhlil edilib.

 

Araşdırmalar zamanı hamilə topiramat istifadəçilərinin autizmli uşaq dünyaya gətirmə ehtimalının 2,8 dəfə, öyrənmə qüsurlu uşaq sahibi olma ehtimalının isə 3,5 dəfə çox olduğu . Bundan başqa, valproat qəbul edən hamilələrin autizmli uşaq dünyaya gətirmə ehtimalının 2,4 dəfə və öyrənmə qüsurlu uşaq dünyaya gətirmə ehtimalının 2,5 dəfə çox olduğu ortaya çıxıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib