Pasiyentlərin rəğbətini qazanmış həkim - Eldəniz Hüseynov
01.06.2022 16:26
“Həkimlərimizi tanıyın!” rubrikasında sizə pasiyentlərin rəğbətini qazanmış, Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin rəisi, uzman həkim-radioloq Eldəniz Hüseynovu təqdim edirik.
 
Aztibb.az-ın xəbərinə görə, Eldəniz Hüseynov Mərkəzi Gömrük Hospitalında ümumi radiologiya, neyro radiologiya, döş qəfəsi radiologiyası, süd vəzisi radiologiyası, fetal görüntüləmə, əzələ-dayaq sistemi radiologiyası, uşaq radiologiyası, Kardika MRT, invaziv radiologiya sahəsində bütün prosedurları həyata keçirir.
 
E.Hüseynov 2003-cü ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirib, 2003-2004-cü illərdə Milli Onkologiya Mərkəzində internatura keçib, 2009-2014-cü illərdə Türkiyənin İstanbul Universitetinin Cərrahpaşa tibb fakültəsinin radiologiya kafedrasında uzmanlıq təhsili alıb.
 
O, bilik və bacarıqlarını artırmaq məqsədilə 2011-ci ildə Türkiyənin Antalya şəhərində Türk Ulusal Radioloji konfransında, 2012-ci ildə Birləşmiş Ərəb Əmirliklərində Karotis stentləmə kursunda, yenə həmin ildə Türkiyənin İstanbul şəhərində Türk Radioloji Dərnəyinin aylıq simpoziumlarında, Ankarada isə Türk Maqnit Rezonans Dərnəyinin 23-cü illik konfransında iştirak etmişdir.
 
Eldəniz həkim daim öz üzərində çalışır, dünya səhiyyəsinin son nailiyyətlərini izləyir və öz təcrübəsində tətbiq edir. O, həmçinin, Türkiyə Radioloji Dərnəyinin və Türkiyə Maqnit Rezonans Dərnəyinin üzvüdür. Dr.Eldəniz Hüseynov 2014-cü ildən Mərkəzi Gömrük Hospitalında Radiologiya şöbəsinin rəisi vəzifəsində çalışır.
 
Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/eldeniz-huseynov/
 
Eldəniz Hüseynovun qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev