MRT, KT və ya Rentgen nə zaman istifadə olunmalıdır? - Fizioterapevt Səidə Kərimova açıqladı
01.06.2022 10:48

Mərkəzi Gömrük Hospitalının fizioterapveti Səidə Kərimova “Həkim məsləhəti” rubrikasında “Onurğanı yoxlamaq üçün müayinələr MRT, KT və ya Rentgen” mövzusunda məlumat verib.

 

Onurğa xəstəliklərində diaqnozu dəqiqləşdirmək üçün pasiyentlərə müxtəlif müayinələr təyin oluna bilər. Müayinələrin növləri çox olsa da, əsas bir neçəsi tez-tez istifadə olunur. Bunların arasında MRT, KT və rentgen ən çox istifadə olunanlardır. Hər bir konkret pasiyentdə həkim lazımi müayinələr barədə fərdi olaraq qərar verir.

 

Rentgen müayinəsi çox vaxt ilk müayinə üsulü kimi təyin olunur. Rentgen müayinəsi bizə onurğada əyrilikləri, fəqərələrin yerləşməsini, tamlığını (sınıqların olub-olmaması), fəqərəarası məsafələri göstərə bilir. Bəzi hallarda dinamik rentgen təyin edilir – pasiyent pozisiyasını dəyişəndə (məsələn, sağa-sola əyiləndə) bir sıra çəkilişlər icra olunur. Skoliozu və kifozu təyin etmək üçün rentgen müayinəsi yerinə yetirilir.

 

KT – kompüter tomoqrafiya müayinəsi rentgen şuaları əsasında işləyən müayinə prosedurudur. Kompüter tomoqrafiyası fəqərələrdə ən xırda çatları, kompleks sınıqları, xırda oynaqlarda artritik dəyişikliklərı və yumşaq toxumaları da göstərə bilir. Bundan əlavə KT vasitəsi ilə rentgen müayinəsində aşkar olunan və ya şübhə altında olan patologiyaların daha detallı (3D) dəyərləndirilməsi mümkündür.

 

MRT – maqnit sahəsi əsasında işləyən müayinə üsuludur. MRT fəqərələr, fərəqəarası disklər, onurğa beyni və sinirlərin strukturunu, yumşaq toxumaları, vətərləri və əzələləri göstərən müayinədir. MRT əlavə olaraq onurğanın iltihabi proseslərini aşkar etmək üçün istifadə olunur. Ümumilikdə xəstəliklərin differensial diaqnostikasında MRT-nin rolu əvəzsizdir.

 

Bel və boyun fəqərələrinin yırtıqlarını təyin etmək üçün ən rahat üsul məhz MRT-dir. Fəqərəarası disk yırtığının fizioterapiya ya cərrahi üsulla müalicəsinin qərarını verməkdə MRT müayinəsinin rolu əvəzsizdir.

 

Bəzi pasiyentlər müayinə zamanı qapalı məkanda sıxıntı hissini yaşaya bilər. Mərkəzi Gömrük Hospitalında istifadə olunan Philips şirkətinə məxsus İngenia Elition X 3.0 Tesla gücündə yeni Maqnit Rezonans Tomoqrafiyası (MRT) cihazı həm müayinənin yüksək səviyyədə aparılmasını, həm də müayinə zamanı pasiyentlərin rahatlığını təmin edə bilir.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrası əməkdaşlarının ixtirasına Avrasiya Patenti verilib
 Birinci Moskva Dövlət Tibb Universitetinin tələbələri narkomaniya ilə mübarizəyə dair maarifləndiriliblər   
Ayağında geniş toxuma zədələnməsi yaranan pasiyentdə mürəkkəb rekonstruktiv əməliyyat uğurla icra olunub
Ölkəmizdə ilk dəfə tətbiq edilən texnologiyaya həsr olunuş elmi simpozium keçirildi - MR-Fusion Prostat Biopsiyası
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
 Pirallahı Tibb Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu