Necə oldu ki, ibuprofen hər uşağın mədəsinə tez-tez daxil olmağa başladı? - Həkimdən AÇIQLAMA
01.06.2022 09:49
"Övladınıza verdiyiniz hərarət dərmanının tərkibinə baxın: dərman üzərində ad nə olursa olsun, alt hissədə kiçik hərflə iki addan  biri yazılıb: ibuprofen yaxud parsetamol. Əgər ibuprofen yazılıbsa, onu parasetamol ilə əvəz edin".
 
Aztibb.az-ın xəbərinə görə, bu barədə həkim-pediatr Aytən İsmayılzadə ibuprofen və parsetamol dərmanlarına dair paylaşımında məlumat verib. "Hərarətə dözdüyümüz kimi, ağrıya da parsetamol ilə dözmək mümkündür", - deyən  həkim  qeyd edib ki, koronavirus ilə mübarizə zamanı ibuprofen molekulu olan hərarət düşürücüdən istifadə etməmək tövsiyə edilirdi.  Bildirilirdi ki, bu dərman hansısa sistemlərlə birgə istifadə zamanı fəsadlara səbəb ola bilər. Valideyinlərə isə sadəcə ibuprofenin zərərli olduğunu bilmək kifayətdir. 
 
İbuprofen molekulunun əvvəllər sinir, əzələ ağrıları, oynaq xəstəlikləri müalicəsində qeyri-steroid bir dərman kimi istifadə edilirdi (məsələn, artrit zamanı). İltihabsöndürücü təsiri var. Amma mütləq yeməkdən sonra qəbul edilir ki, mədə-bağırsaqda yara əmələ gəlməsin. Əlbəttə ki, bir yemək yarana biləcək fəsadın qarşısını ala bilməz. Bəs necə oldu, ibuprofen hərarət barəsində parasetamolu ötdü keçdi və hər uşağın mədəsinə tez-tez girməyə başladı?
 
"Bu, əslində anaların və onları tez bir zamanda rahatlatmaq istəyən həkimlərin sayəsində baş verdi. Şirkətlər gördü ki, hərarəti tez salan güclü dərmana "ehtiyac" var. Və bu, çoxlu pul deməkdir. Bu ehtiyac isə həqiqi deyildi. Anaların həyəcanından yaranmışdı. Hərarətdən heç nə olmur, ibuprofen isə fasdlara səbəb olur. Bu "nələrsə" sizin həyəcandan daha vacibdir, əziz analar! Uşağınızı hərarətdən deyil, dərmanların zərərindən qoruyun. Həkiminiz təyin etsə belə, parasetamol tərkibi ilə əvəz edin. "Axı parsetamol gec təsir edir " deyəcəksinizsə, deməli bu məlumatdan övladınızın xeyrinə nəsə götürmədiniz", - deyə həkim əlavə edib. 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev