Kiflənmiş çörək sağlamlıq üçün təhlükə mənbəyidir!
01.06.2022 00:07

Çörək karbohidrat və kalori mənbəyi kimi əsas qida vasitəsidir. Tərkibində olan yüksək bitki zülalı, Omeqa-6 yağ turşusu, mineral və vitaminləri ilə orqanizmi təmin edir, həzm prosesini aktivləşdirir.

 

Yüksək qlikemik indeksə malik çörək tez kiflənən məhsuldur. Vaxtı keçmiş çörəkdə olan kif göbələkləri münbit şəraitdə çoxalır və onlar sağlamlıq üçün təhlükə mənbəyinə çevrilir. Kifli çörəyi iyləmək kifayətdir ki, patogen mikroorqanizmlərin sporları orqanizmə daxil olsun.

 

Aztibb.az AZƏRTAC-a istinadla xəbər verir ki, qida mütəxəssisi Vüsal Qocayev deyib: “Çörəkdə olan kiflərin təhlükəlilik səviyyəsini onun rənginə görə müəyyən etmək olur. Məsələn, yaşıl kif isti mühitdə çoxalır, həmin göbələklərə çörəkbişirmə müəssisələrində sobalarda rast gəlinir. Qara kif daha çox çörək-bulka məmulatlarında olur, bu növ göbələklərdə sporların çoxalması rütubətli şəraitdə baş verir. Çəhrayı kif, əsasən, çörək qırıntılarında özünü göstərir. Onu bəzən “kartof göbələyi” də adlandırırlar. Sağlamlıq üçün çox təhlükəli olan ağ kif taxta materialdan olan çörək dolabları, arakəsmələri və rəflərdə aktiv şəkildə çoxalır. Boz kif göbələyin ən zəhərli növü sayılır, istənilən mühitdə inkişaf edir. Bəzən görünməsə də, məhsulun tərkibində bərabər şəkildə yayılır”.

 

Qida mütəxəssisinin dediyinə görə, kif göbələyi, ilk növbədə, çörək-bulka məmulatlarının qabığında görünür. Ona görə də çox vaxt kifli hissəni kəsib götürür və qalan hissələri yeməyə davam edirlər. Lakin bu, çox təhlükəlidir, çünki görünməyən sporlar məhsulu bütünlüklə əhatə edir və qidalanma zamanı orqanizmdə ciddi intoksikasiyanın yaranmasına səbəb olur. Bəzi növ göbələklər əsəb sistemini sıradan çıxarır, hormonal fonu pozur, orqanizmin qoruyucu funksiyasını aşağı salır və gələcəkdə bronxial astma və xroniki bronxitin yaranma riskini artırır.

 

“Ona görə də çörəyin düzgün şəraitdə saxlanılması çox vacib məsələdir. Rütubətli və isti yer göbələyin inkişafı üçün əlverişli mühitdir. Mətbəxdə çörəyin saxlanıldığı yer təmiz və quru olmalı, vaxtaşırı havalandırılmalıdır. Çörəkqabı tez-tez yuyulub qurulanmalıdır. Çörəyi sellofanda saxlamaq lazım deyil. Əgər çörək qabında bir çörəkdə az da olsa kif varsa, artıq yanındakı çörəkdə də kif olması labüddür. Standartlara görə, çörəyin yararlılıq müddəti üç gündür. Lakin elə növlər var ki, iki gündən artıq saxlamaq olmaz.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrası əməkdaşlarının ixtirasına Avrasiya Patenti verilib
 Birinci Moskva Dövlət Tibb Universitetinin tələbələri narkomaniya ilə mübarizəyə dair maarifləndiriliblər   
Ayağında geniş toxuma zədələnməsi yaranan pasiyentdə mürəkkəb rekonstruktiv əməliyyat uğurla icra olunub
Ölkəmizdə ilk dəfə tətbiq edilən texnologiyaya həsr olunuş elmi simpozium keçirildi - MR-Fusion Prostat Biopsiyası
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
 Pirallahı Tibb Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu