Koronavirusun daha yoluxucu ştamları ortaya çıxa bilər - ÜST
01.06.2022 00:05

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun indikilərdən daha yoluxucu olma ehtimalı olan yeni ştamlarının ortaya çıxacağını gözləyir.

 

Aztibb.az xəbər verir ki bunu ÜST eksperti Mariya van Kerxove deyib.

 

“Biz koronavirusun daha çox variantının müəyyən ediləcəyini və onların daha yoluxucu olma ehtimalını gözləyirik” ,- deyə o, ÜST-nin “Twitter“ səhifəsində yayımlanan sual-cavab sessiyası zamanı bildirib.

 

Eyni zamanda, onun sözlərinə görə, mütəxəssislər bu ştamlara yoluxmanın xəstəliyin daha ağır gedişatına gətirib çıxaracağını hələ öyrənməyə çalışır.

 

Qeyd edək ki, dünyada indiyədək virusa 526 558 033 yoluxma hadisəsi baş verib. Onlardan 6 287 117 nəfəri ölüb.

 

İnfeksiyaya ən çox yoluxma ABŞ-dadır - 82 853 070. Sonrakı yerlərdə Hindistan (43 158 087), Braziliya (30 846 602), Fransa (28 610 988) və Almaniya (26 305 996) qərarlaşıb.

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub
Oromandibulyar distoniya nədir?
Diabet və böyrəklər: səssiz təhlükə