Ümumdünya Tütünsüz Gününə həsr olunmuş tədbir keçirilib
31.05.2022 17:07

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Ümumdünya Tütünsüz Gününə həsr olunmuş tədbir keçirilib.

 

İSİM-in direktoru Qəhrəman Haqverdiyev tədbiri giriş sözü ilə açaraq hər il ölkəmizdə bu günlə bağlı müxtəlif tədbirlərin təşkil olunduğunu bildirib: “Təbliğat və maarifləndirmə fəaliyyəti ilə yanaşı, bizim əsas vəzifəmiz innovativ və metodik materiallar yaratmaqdır. Tütünlə mübarizəyə həsr olunmuş iki internet saytı və üç mobil proqram hazırlamışıq".

 

Daha sonra çıxış edən İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva sağlam həyat tərzinin təbliği istiqamətində görülən işlərin, paytaxtda və regionlarda keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayıb: Bildirib ki, tədbirlərdə tütün məmulatlarından istifadənin sağlamlığa zərərlərindən bəhs olunur, tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması üçün birgə səy göstərməyin önəmi, həmrəy olmaq məsələləro təbliğ edilir.

 

İSİM-in İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev diqqətə çatdırıb ki, passiv tütünçəkmə tütün tüstüsü ilə çirklənmiş hava ilə nəfəs almaqdır və bu, hər kəsin həyat və sağlamlığı üçün təhlükəlidir: “Ümumdünya Tütünsüz Gününün builki şüarı belədir: tütün ətraf mühit üçün təhlükədir. Bu təsadüfi deyil, çünki araşdırmalara görə, tütün tüstüsünün tərkibində 4 min zərərli kimyəvi maddə var”.

 

Səmərəli fikir mübadiləsi şəraitində keçən tədbirdə əhali arasında maarifləndirməyə verdiyi töhfəyə görə İdman TV-yə, “Siqaretə yox!” və “Sport 103” proqramlarının müəllif və aparıcısı Toğrul Səfərova “Təşəkkürnamə” təqdim olunub.

 

Tədbirdə “Mən siqaret çəkmirəm! Sən də çəkmə!” selfi generatorundan istifadə etməklə fotoşəkillər çəkilib, İSİM tərəfindən hazırlanaraq nəşr edilən maarifləndirici materiallar paylanılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib