İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi regional filiallarına VAKANSİYA elan edir
02.06.2022 15:08
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi regional filiallarına həkim-ekspert vəzifəsi üzrə vakansiya elan edir.
  
Vakansiya aşağıdakı regionlar üzrə aktivdir:
 
Lənkəran, Şəki, Quba, Şirvan, Mingəçevir, Göyçay, Ağcabədi, Şəmkir, Cəlilabad
 
Görəcəyi işlər:
 
Regionlarda yerləşən tibb təchizatçılarında tibbi ekspertizanın həyata keçirilməsi;
Tibbi-iqtisadi ekspertizanın aparılması zamanı yaranan mübahisəli məsələlərin araşdırılması məqsədi ilə vətəndaşlar və yaxud tibb heyəti ilə görüşlərin keçirilməsi;
Tibb təchizatçısı ilə vətəndaş arasında yaranmış tibbi xidmətin təşkili ilə əlaqəli mübahisəli məsələlərin araşdırılmasının, təhlilinin və aradan qaldırılmasının təmin edilməsi;
Tibbi və texniki ekspertizanın aparılması nəticəsində aktların tərtib olunması;
Departamentə daxil olan xidməti fəaliyyəti ilə əlaqədar məktubların cavablandırılması;
Rəhbərlik tərəfindən xidməti fəaliyyətlə əlaqədar verilmiş digər tapşırıqların vaxtında, dəqiqliklə və keyfiyyətli şəkildə həyata keçirilməsi;
Fəaliyyəti üzrə ezamiyyə səfərlərinin həyata keçirilməsi;
Agentliyin daxili intizam və etik davranış qaydalarına riayət edilməsi.
 
Agenlik üçün uyğun namizəd:
 
Ali tibbi sahə üzrə təhsil;
Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus dili biliyi üstünlükdür);
MC Office (Word, Excel) proqramlarında işləmək bacarığı;
3 -5 il ümumi əmək stajı;
İntizamlılıq və nəticəyönümlülük;
Ünsiyyət və təşkilatçılıq bacarığı;
Stressə qarşı davamlılıq;
Səhiyyə sahəsində mövcud qanunvericilik üzrə biliyin olması üstünlükdür.
 
 
Əlavə məlumatlar:
 
İş qrafiki: 5 günlük iş həftəsi;
İş vaxtı: 09:00 – 18:00.
 
Müraciət qaydası:
 
Vakansiyaya son müraciət tarixi: 10.06.2022-ci il;
CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;
Müraciət etdiyiniz vəzifənin adı və bölgə filialını “mövzu” bölməsində qeyd edilməlidir;
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
 Gəncə Şəhər Birləşmiş Xəstəxanasının bir qrup əməkdaşı “Gənc Tibb İşçilərinin Konfransı” layihəsində iştirak edib   
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub