Sumqayıt Tibb Mərkəzi 150 şagirdi müayinə edəcək
31.05.2022 15:09
Sumqayıt Tibb Mərkəzi (STM) 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqların sağlamlığının qorunması istiqamətində "Uşaqların sağlamlığının keşiyində" şüarı ilə aksiyaya start verib.
 
Abşeron-Xızı Regional Təhsil İdarəsinin dəstəyi ilə üç gün davam edəcək aksiyanın ilk günü Mətləb Quliyev adına 3 nömrəli tam orta məktəbdə təşkil edilib.
 
Aksiyaya ibtidai siniflərdə təhsil alan və tibbi müayinəyə ehtiyacı olan şagirdlər cəlb edilib. Həmin məktəbdə Sumqayıt Tibb Mərkəzinin 3 həkimi - pediatr, oftalmoloq və stomatoloq 50 nəfər şagirdi müayinədən keçirib.
 
Əlavə müayinəyə ehtiyacı olan şagirdlərə müvafiq tibbi göstərişlər verilib. Müayinədən keçən məktəblilər 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Sumqayıt Tibb Mərkəzi tərəfindən təbrik edilib və onlara hədiyyələr verilib.
 
Qeyd edək ki, 3 gün davam edən aksiyada ümumilikdə ibtidai siniflərdə təhsil alan 150 şagirdin müayinədən keçirilməsi nəzərdə tutulur.
 
Aksiyanın növbəti ünvanları iyunun 1-də Sumqayıt şəhər 8 nömrəli tam orta məktəb, iyunun 2-də isə Fəxrəddin Piriyev adına 18 nömrəli tam orta məktəb olacaq.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib