Ürək-damar xəstəliklərinin qarşısını alır, antioksidantdır... - Brokkolinin FAYDALARI
31.05.2022 14:56

Tərkibindəki vitaminlərin miqdarı səbəbindən brokkoli sağlamlığımız üçün faydalıdır. Xüsusilə qış fəslində bu qidanın istehlak edilməsi tövsiyə olunur.

 

Aztibb.az tibbi saytlara istinadla bildirir ki, brokkolinin tərkibində qlükozinat adlı fitokimyəvi maddə var. Bu maddə orqanizmdə sulforafanlar yaratmağa kömək edir. Tədqiqatlara görə, sulforafanların orqanizmdə xərçəngin inkişafını dayandırmaq və qarşısını almaq kimi möcüzəvi təsiri var. Sulforafanlar xərçəng hüceyrələrinin aktivləşməsini azaldır, istehsal olunan kimyəvi maddələri bədəndən təmizləyir. Xüsusilə süd vəzi xərçəngi, bağırsaq və prostat xərçəngində daha çox təsirlidir.

 

Brokkoli zəhərli maddələrin bədəndən ifraz olunmasında mühüm rol oynayır. Onun tərkibindəki fitokimyəvi maddələr qaraciyərdəki toksinlərin xaric olmasına kömək edir.

 

Brokkoli antioksidant və iltihab əleyhinə xüsusiyyətləri ilə insan orqanizmi üçün olduqca faydalı tərəvəzdir. Ürək-damar xəstəliklərinin qarşısını alır və xəstəliyin səbəb olduğu problemləri aradan qaldırır. Kalium və natrium tərkibli brokkoli qan təzyiqinin tənzimlənməsinə kömək edir. Tərkibindəki yüksək lif səbəbindən xolesterolu və şəkər xəstəliyindən əziyyət çəkənlərin qan şəkərini aşağı salır.

 

Brokkolidə olan sulforafan sinir sistemindəki hüceyrələrə qoruyucu təsir göstərir. Sinir hüceyrələrini oksidləşdirici stres və iltihabdan qoruyur. Altsheymer və Parkinson xəstəliklərinin əsasını qoyan mexanizmlərin inkişafını zəiflədir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev