Fitoterapevtdən hər gün içməli olduğumuz qarışımın RESEPTİ
30.05.2022 11:19
"Bu reseptdən hər gün səhər duran kimi istifadə edin. Sağlamlıq üçün olduqca faydaları vardır".
 
Həkim-fitoterapevt Fizuli Hüseynov bu resept haqqında məlumat verərək bildirib ki, səhər duran kimi ac qarına 1 çay qaşığı qarazirə yağı, 1 çay qaşığı bal, 2 xörək qaşığı limon şirəsini bir-birinə yaxşı-yaxşı qarışdırıb ac qarına içmək çox faydalıdır:
 
"Bu qarışım rahat içilir və içildikcə sevilir, çünki faydalarını görəcəksiniz. Qanı durulaşdırır, mədə-qida borusu və bağırsaqlarda səpmələr varsa, mədə qıcqırması, kolit olanlar üçün faydalıdır, yüngül işlədici təsiri olmaqla yanaşı babasili olanlar üçün faydalıdır.
 
Qarışım həmçinin immuniteti yüksəldir, allergiyadan əziyyət çəkənlər üçün olduqca faydalıdır, həmçinin qan dövranını yaxşılaşdırır, əlləri, ayaqları həmişə soyuq olanlar üçün də faydalıdır. Yaddaşı gücləndirir, çünki beyin-qan dövranını yaxşılaşdırır.
 
Bu qarışımı uşaqlara da vermək olar. Onların iştahını açır, əhvalını yüksəldir, böyrəkləri və ödü təmizləyir, ac qarına mütəmadi içildikdə, bağırsaq xovlarının arasındakı daşları da təmizləyir, öd yollarındakı durğunluğu götürür, yüksək xolesterini aşağı salır.
 
Həkim bildirib ki, bu qarışımdan içənlər ürək xəstəliyinə tutulmaz, infarkt olmaz, beyninə qan sızmaz, çünki qan təzyiqini həmişə normada saxlayır, qanı qatılaşmaqdan qoruyur, damarların içini lipidlərdən, yağlardan təmizləyir, qaraciyər piylənməsi olanlar üçün də çox faydalıdır.
 
Həmçinin vitaminsizlikdə, yorğunluqda faydaları da vardır. Gündə 1 dəfə qəbul profilaktika üçündür, lazım olduqda bu qarışımı gündə 2-3 dəfə də içmək olar.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub