Qırmızı ətdən istifadə edərkən nələrə diqqət edilməlidir?
30.05.2022 11:07

Azərbaycan milli mətbəxi zənginliyi və dadlı təamları ilə tanınır. Həmin yeməklər içərisində isə ət məhsulları xüsusilə əvəzolunmazdır. Ancaq zaman keçdikcə istehlakçıların damaq dadı, düşüncə tərzi də dəyişir və bunun nəticəsində ondan yeməkdən imtina edənlər olur. Onlar sağlam həyat düşüncəsi ilə əsasən meyvə-tərəvəz, dənli-paxlalı bitkilər və çərəzlərlə qidalanırlar.

 

Qida mütəxəssisi Məhsəti Hüseynovanın sözlərinə görə, ətlə qidalananlar birdən-birə ondan imtina edərsə, bunun orqanizmə zərəri toxuna bilər. Qırmızı ətdən onun faydalarını bilərəkdən istifadə etmək lazımdır. Qırmızı ətdən istifadə zamanı immunitet sistemi həddindən artıq güclü olur, dəri daha elastik və canlı görünür. Eyni zamanda qan azlığı olanların qırmızı ətlə qidalanması faydalıdır.

 

O bildirib ki, ət yeməyənlərin beyin fəaliyyəti zəifləyir, yaddaşsızlıq və göz zəifliyi problemi yaranır: “Uzun müddət ətdən istifadə edəndən sonra onun tamamilə kəsilməsi müəyyən xəstəliklərin yaranmasına səbəb ola, maddələr mübadiləsinin, həzm sisteminin pozulması, dəridə solğunluq, erkən qocalma, saç və dırnaqlarda qırılmalar şəklində özünü göstərə bilər. Ət qəbulu zamanı miqdarı aşmaq, həddindən çox ət istifadə edilməsi qaraciyər problemlərinə səbəb ola bilər. Şəkərli diabet xəstəliyi, ürək-damar sistemində xəstəliklər olanlar ət istehlakının miqdarını aşarlarsa, onlara zərərli təsir göstərə bilər”.

 

Həftədə iki-üç dəfə 100-150 qram ətdən, digər günlərdə isə toyuq və balıqdan istifadə edilməsi məsləhətdir. Qida mütəxəssis onu da qeyd edib ki, gənc yaşlarda ətdən çox, 30 yaşdan sonra isə az istifadə olunmalıdır: “Ətdən tamamilə imtina edənlər dəmir tərkibli və vitamin-mineral dəyəri çox olan çuğundurdan istifadə edə bilərlər. Mövsümü ispanaq da dəmir üçün əvəzsiz vasitədir. Saplaqları qırmızı olan ispanaq daha faydalı hesab olunur. Günün birinci yarısı az miqdarda şokolad da qəbul etmək olar”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev