“TEKNOFEST Azərbaycan” festivalı zamanı təcili yardıma 100-ə yaxın müraciət olunub
29.05.2022 17:52

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı zamanı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 100-ə qədər müraciət daxil olub.

 

Bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova məlumat verib.

 

Z.Ədilovanın sözlərinə görə, onlara tibbi heyət tərəfindən yerindəcə tibbi yardım göstərilib.

 

Müraciətlər əsasən, günvurma, günyanığı, başağrısı, halsızlıq, hipertenziya ilə bağlı olub.

 

Qeyd edək ki, TƏBİB-in 8 Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadası təhkim olunublar.

 

Bakı Kristal Zalı və Dənizkənarı Milli Park ərazisində keçirilən “TEKNOFEST Azərbaycan”da 2 həkim məntəqəsi (hərəsində 4 həkim olmaqla – pediatr, terapevt, travmatoloq, nevropatoloq və 2 tibb bacısı) fəaliyyət göstərir.

 

Həmçinin ərazidə 2 Təcili və Təxirəsalınmaz Tibbi Yardım postu (hər postda 3 ambulans avtomobili, hər ambulansda 2 həkim və digər tibb işçilərindən ibarət briqada olmaqla) xidmət edir.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib