Meymunçiçəyi virusuna görə həyəcan ab-havasına gərək yoxdur - ÜST
29.05.2022 09:01

Meymunçiçəyi virusunun dünyanın müxtəlif ölkələrində yayılması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bir sıra tədbirlərə əl atsa da, həyəcan ab-havasına ehtiyac olmadığını bəyan edib.

 

Aztibb.az xəbər verir ki, bu barədə ÜST-nin eksperti Silvie Brayand üzv ölkələr üçün keçirilən brifinqdə danışıb. O bildirib ki, meymun çiçəyi ictimaiyyəti narahat etməli olan xəstəlik deyil və COVID-19 ilə eyni tutulmamalıdır.

 

Ekspertin sözlərinə görə, bununla belə üzv ölkələr yoluxmuş şəxslərin qeydiyyatını aparmalı və yoluxanların təcrid olunmasına diqqət yetirməlidirlər. ÜST ekspertləri əksər hallarda xəstəliyin yüngül formada keçdiyi qənaətindədirlər. Hamilə qadınlar, uşaqlar və zəif immunitetə malik şəxslərdə isə xəstəliyin ağır keçmə ehtimalı yüksəkdir.

 

S.Brayand qeyd edib ki, yoluxma hallarının qarşısının alına bilməsi üçün əlverişli vaxt pəncərəsi mövcuddur. Lakin meymunçiçəyinə qarşı da təsir gücünə malik olan çiçəyə qarşı peyvəndlərin kütləvi vaksinasiya üçün həcmi müəyyən edilməlidir.

 

ÜST bu virusa yoluxma hallarının yaxın dövrdə artacağını hesab edir və indiyədək 20-dən artıq ölkədə meymun çiçəyinə yoluxma halları təsdiqlənib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır