Pasiyent Təşkilatlarının II Respublika Forumu keçirilib
28.05.2022 11:07

Pasiyent Təşkilatlarının II Respublika Forumu keçirilib.

 

Forumda dövət qurumlarının rəsmiləri, pasiyent təşkilatları, media nümayəndələri, ictimai liderlər və həkimlər iştirak etmişlər.

 

Açılış nitqi ilə çıxış edən Pasiyent Təşkilatları İttifaqının sədri Ayaz Hüseynov pasiyent hüquqlarının təkmilləşdirilməsinə dair hazırlanan Bəyannamə haqda məlumat verib.

 

Daha sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri Nelli Veysova, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Anar İsrafilov, TƏBİB-in İlkin səhiyyə xidmətinin təşkili şöbəsinin müdiri Nehmət Rəhmanov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev və Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudovun çıxışları dinlənilib.

 

Sonda Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov ,“Leykemiya ilə Mübarizə” İctimai Birliyinin sədri Mehriban Bağırova, “Azərbaycan Diabet Liqası” İctimai Birliyinin sədr müavini Səriyyə Ağayeva, “Kistik Fibroz Xəstələrinə Yardım” İctimai Birliyinin sədri Səadət Bayramova, “Yaşama Dəstək” İctimai Birliyinin sədri Elgül Hüseynquliyeva, “Talassemiya və digər Hemoqlobinopatiyalar” İctimai Birliyinin sədri İlahə Həsənli, “Spinal Muskulyar Atrofiyaya Qarşı Mübarizə” İctimai Birliyinin sədri Səməd Həsənli, “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyinin sədri Çingiz Ramazanlı çıxış ediblər.

 

Qeyd edək ki, Pasiyent Təşkilatları II Respublika Forumunun məqsədi pasiyent təşkilatları ilə dövlət qurumlarının əməkdaşlığının möhkəmlənməsi, gələcəkdə həyata keçiriləcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib