Qapı ağzında temperaturun ölçülməsi saxta təhlükəsizlik təsəvvürü yaradır - Alimlərin qənaəti
16.09.2020 00:47

Amerikalı alimlər araşdırmalardan sonra koronavirus pandemiyası ilə birlikdə meydana çıxan və restoran, məktəb, xəstəxana, ticarət mərkəzlərinin qarşısında rituala çevrilmiş hərarəti ölçmə fəaliyyətinin xəstəlikdən qorunmağa kömək etmədiyini bildiriblər.

 

Xarici medianın məlumatına görə, temperatur ölçmə əksər ölkələrdə idman zallarından tutmuş mağazalaradək bir çox yerdə gündəlik həyatın bir hissəsinə çevrilib. Alimlər isə hərarət ölçmənin xəstəliyi ağır simptomlarla keçirən şəxsləri müəyyən etdiyini, ancaq simptomsuz və ya xəstəliyin ilk mərhələsində olan pasiyentləri aşkara çıxarmadığını, belə olan halda isə restoran və ticarət mərkəzlərində qeyri-real təhlükəsizlik hissi yaratdığını açıqlayıblar. Onlar hətta bunu mənasız proses adlandıraraq məkanların giriş nöqtələrində temperatur ölçülməsini “teatrdan başqa bir şey olmadığını” bildiriblər.

 

Onların fikrincə, koronavirus bar, restoran, ticarət mərkəzləri kimi insanların kütləvi toplaşdığı yerlərdə qızdırma və öskürək kimi simptomları olmayanlar tərəfindən yayılır.

 

Digər tərəfdən tədqiqatçıların fikrincə, qapı ağzında temperaturun ölçülməsi saxta təhlükəsizlik təsəvvürü yaradır.

 

Qeyd edək ki, may ayından etibarən ABŞ-da işverənlərə işçilərin hər gün hərarətinin ölçülməsi ilə bağlı tövsiyələr geri götürülüb. Bundan başqa, ABŞ-a gələn beynəlxalq səyahətçilərin 14 sentyabrdan etibarən hava limanlarında temperaturu ölçülmür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır