Siyəzəndə Ümumdünya Tütünsüz Gününə həsr olumuş maarifləndirici təşviqat aksiyası keçirilib
26.05.2022 15:59
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Siyəzən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 26 may 2022-ci ildə Siyəzən şəhərində maarifləndirici təşviqat aksiyası keçirilib. Yerli sakinlərin və gənclərin fəal iştirak etdiyi aksiyanın məqsədi tütünçəkmə ilə mübarizə sahəsində maarifləndirmə işinin gücləndirilməsi idi.
Tədbirdə Siyəzən Rayon İcta Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təhminə Bəxtiyarova çıxış edərək zərərli vərdişlərlə mübarizədə maarifləndirici, məqsədyönlü tədbirlərin böyük əhəmiyyət daşıdığını vurğulayıb.
İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva bildirib ki, tütünçəkmə sağlamlığa ciddi ziyan vurmaqla yanaşı, həm də ətraf mühit üçün zərərlidir: “Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 1988-ci ildən başlayaraq hər il qeyd olunan 31 may - Ümumdünya Tütünsüz Gününün builki şüarı belədir: tütün ətraf mühit üçün təhlükədir. Odur ki, səhiyyə işçiləri, ictimai səhiyyə mütəxəssisləri tütün məmulatlarından istifadənin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması üçün birgə səy göstərməyi, həmrəy olmağı təbliğ edir”.
İSİM-in İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev diqqətə çatdırıb ki, passiv tütünçəkmə tütün tüstüsü ilə çirklənmiş hava ilə nəfəs almaqdır və bu hər kəsin, xüsusilə də uşaqların həyat və sağlamlığı üçün təhlükəlidir: “Araşdırmalara görə, tütün tüstüsündə 4 min zərərli kimyəvi maddələr var. Tütün tüstüsünün təsirinin təhlükəsiz səviyyəsi mövcud deyil. Heç bir ventilyasiya, heç bir filtr qapalı şəraitdə tüstünün təsirini təhlükəsiz səviyyəyə endirə bilməz. Odur ki, ölümcül təhlükələrdən yeganə qorunma yolu tütün tüstüsündən azad mühitin yaradılmasıdır”.
Siyəzən Rayon İcra Hakimiyyətinin nümayəndəsi, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üçün komissiyanın məsul katibi Günel Ağayeva isə hər kəsi zərərli vərdişlərdən uzaq olmağa, sağlam həyat tərzi keçirməyə çağırıb.
Aksiya çərçivəsində “Tütün çəkmə, şəkil çək!” şüarı ilə Siyəzən məktəblilərinin iştirakı ilə rəsm yarışması təşkil olunub. Hər kəsi sağlam həyat tərzi keçirməyə, sağlamlıqlarını və ətraf mühiti qorumağa səsləyən gənc rəssamlara İSİM tərəfindən xatirə hədiyyələri təqdim edilib.
Təşkilatçılar bütün iştirakçıları “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə ciddi riayət etməyə, qapalı məkanlarda tütün tüstüsündən azad mühit yaratmağa və bu zərərli vərdişdən qurtulmaq üçün Ümumdünya Səhiyyə Təşkilatının ölkə ofisinin dəstəyi ilə İSİM tərəfindən yaradılan “Tütündən imtina et” mobil aplikasiyasından faydalanmağa çağırıblar.
Aksiyada “Mən siqaret çəkmirəm! Sən də çəkmə!” selfi generatorundan istifadə etməklə fotoşəkillər çəkildi, İSİM tərəfindən hazırlanaraq nəşr edilən maarifləndirici materiallar paylanılıb.
Bu bölməyə aid digər xəbərlər
Müasir biologiya və təbabətin prioritet istiqamətlərindən olan kök hüceyrə tədqiqatlarına həsr olunmuş seminar
24.10.2026 | 10:06
Mərkəzi Neftçilər Xəstəxanasının tibb heyətinin peşəkar fəaliyyəti İctimai Televiziyada işıqlandırılıb
23.10.2026 | 12:02
Şamonda virusundan ilk insan ölümü Fransada qeydə alınıb
23.10.2026 | 10:17
AQTA sədri İmişlidə və Sabirabadda istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olub
23.10.2026 | 10:05
Nigeriyada “Ebola” virusuna ilk yoluxma halı qeydə alınıb
21.10.2026 | 10:57
AQTİ mütəxəssisi İtaliyada karantin statuslu göbələyin inkişaf xüsusiyyətlərini araşdırıb
21.10.2026 | 09:47
ATU tələbələri “Zirvəyə birlikdə qalxaq!” kütləvi yürüşündə
21.10.2026 | 08:29
1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib
20.10.2026 | 15:55
Şamaxı rayonunun Mərzəndiyyə kəndində sakinlər üçün səyyar tibbi xidmət keçirilib
20.10.2026 | 15:51
Elmi-Tədqiqat Pediatriya İnstitutunda şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı göstərilir
20.10.2026 | 15:24
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

